Paşinyanın uğursuz Moskva səfəri
Tarix: 10.09.2018 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


“Erməni miqrantların Rusiyadan geri qayıtması ciddi problem yaradacaq”

Vaxtilə Qafqaza səyahət edən ingilis səyyahı Vilson ermənilər barədə yazırdı ki, «onlar istənilən bir cəfəngiyyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və intriqaları sevirlər». Erməni millətindən olan bir neçə şəxsin bir müddət bundan əvvəl İspaniyadan, daha sonra Niderlanddan deportasiya olunması ilə bağlı «ArmenianReport» saytında yer alan yazı bu cəhətdən başadüşüələndir. Lakin mənim üçün erməni baş nazir Nikol Paşinyanın Almaniya kansleri Angela Merkelə «Ermənistan qanunsuz miqrasiyanın mənbəyi olan bir ölkə hesab olunur - bu, çox həssas bir məsələdir və bir çox ölkələr ona daha ehtiyatlı bir yanaşma nümayiş etdirməyi üstün tuturlar»-deməsidir. Təbii ki, Paşinyanın dediklərinin nəyə hesablandığı indi də mənim üçün müəmma olaraq qalmaqdadır. Axı, erməni riyakarlığı deyilən bir məfhum var və ermənilər özləri də etiraf edirlər ki, bu, onlarda ana bətnində olarkən formalaşır. Beləliklə, hazırda Rusiyada da vəziyyətin yaxşı olmadığını nəzərə çatdıran sayt yazır: «Doğrudur, burada erməni vətəndaşlarının işləmək hüuqu Koçaryan və Sarkisyanın ölkənin müstəqilliyini ruslara vermələri sayəsində əldə edilsə də, indi Rusiyada güclü miqrasiya təzyiqi yaşanır. Belə ki, artıq Moskva cənubluların axınını məhdudlaşdırmaq barədə düşünür. bu günlərdə Rusiya hökuməti 2019-cu ildən etibarən ölkə ərazilərindəki tikintilərdə işləyən xarici işçilərin sayını məhdudlaşdırmağı təklif edib. Hətta bu barədə konkret rəqəmlər də göstərilib. Təbii ki, bu Rusiyadakı ermənilərə də şamil ediləcək . Axı Rusiyadakı ermənilərin əksəriyyəti tikinti sahəsində çalışırlar. Doğrusu, qanun təkcə ermənilərə aid edilməsə də, çox güman ki, təcrübədə onlar da əziyyət çəkəcəklər.
Son günlər mediada Moskvanın İrəvandan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəhbəri Devid Sanasaryanın vəzifədən uzaqlaşdırılmasını tələb etdiyi bildirilir. İstisna deyil ki, bu məsələ Putin və Paşinyan arasında keçirilən görüşdə müzakirə edilib.Maraqlıdır, görən Paşinyan Putinə təyin etdiyi kadrlarla bağlı etiraz edə bilərmi? İnandırıcı görünmür. Çünki bu halda Kreml səlahiyyətliləri bizim Rusiyaya göndərdiyimiz kənd təsərrüfatı mallarında min cür xəstəlik tapacaqlar və ya bizim əmək miqrantlarımıza təzyiq etməyə başlayacaqlar. Bu gün rus rublunun qiymətdən düşməsi heç kəsə sirr deil. Ucuz işçi qüvvəsindən yararlanan rusiyalı sahibkarlar da artıq maliyyə çətinlikləri ilə üzləşməkdədirlər. Təbii ki, aldıqları məvaciblə razılaşmayan erməni miqrantlar Ermənistana dönmək məcburiyyətində qalacaqlar. Ona görə də, erməni soydaşlarımızın ölkəyə qayıdacağına hazır olmalıyıq. Bunun Ermənistan üçün problem yaradacağını da indidən gözə almalıyıq. Axı onlar ölkədə iş tapmadıqlarına görə, mühacir həyatı yaşamağa məcbur olmuşdular. Ermənistanda isə hakimiyyət dəyişsə də, vəziyyət həmin olaraq qalır».

Bahalaşma prosesi dayanmır
Ermənistanın Statistika Komitəsinin təkcə 2018-ci ilin avqust ayı üçün verdiyi məlumata görə, ölkənin istehlak bazarında bahalaşma qeydə alınıb. Belə ki, ölkədə ərzaq malları və alkoqolsuz içkilər 1.7 faiz bahalaşıb. Spirtli içkilər və tütün məmulatlarının qiyməti 1.5 faiz, qeyri-ərzaq məhsulları - 0.5, xidmətlərə görə tariflər - 1,5, ət - 2.4, meyvə - 3.3, tərəvəz - 6.5, ət məhsullarının qiyməti isə 8.6 faiz artıb. Ümumilikdə, istehlak mallarının artımı Ermənistanın bütün şəhərlərində qeydə alınıb. Yerevan və Aştarakda isə intensiv qiymət artımı müşahidə olunmaqdadır. Bununla yanaşı, süd məhsulları, o cümlədən pendir 1 faiz, yumurta - 5.9, qəhvə, çay - 0.1, balıq və dəniz məhsulları isə 0.5 faiz bahalaşıb.
Maraqlıdır, Ermənistana dönən ermənilər bu bahalığa duruş gətirə biləcəklərmi? Axı onları bu ölkədən Ermənistandakı miskin həyat didərgin salıb. Daha bir nüans, vaxtilə erməni tarixçisi Qevorq Aslan 1914-cü ildə yazdığı «Ermənistan və ermənilər» kitabında «…ermənilərin dövlətçiliyi olmadığından onların vətən hissi də yoxdur»-deyə yazırdı. Məhz bu mənada onları Ermənistana çağırmaq, bir qədər gülünc görünür.
Daha maraqlısı isə Nikol Paşinyanın Ermənistanın Suriyadakı humanitar missiyada, xüsusən də Rusiya ilə birlikdə iştirakı üçün səsləndirdiyi planlarıdır. Saytın yazdığına görə, sonu görünməyən Suriya müharibsinə Paşiynanın «humanitar yardım» göstərmək təşəbbüsü başadüşülən deyil: «Bu, Ermənistanın kasıb dövlət bütcəsi üçün fəlakətlə sonuclana bilər»
Qeyd edilməlidir ki, Paşinyanın son Moskva səfərinə yüksək don geyindirməyə çalışan erməni mediası bunun nədən qaynaqlandığını gizlətməyə çalışır. Çünki bir müddət bundan əvvəl Azərbaycan və Rusyia prezidentlərinin Soçi görüşü zamanı imzalanan sənədlər İrəvaşnı qorxuya salıb. Məhz bu mənada, Paşinyanın «Kommersant» nəşrinə verdiyi açıqlaması başadüşüləndir. Paşinyan uğursuz səfərinə uğur donu geyindirməyə çalışır. Azərbaycan prezidentinin Putinlə son görüşündə 15-dən artıq rəsmi sənəd imzaladıqlarını Paşinyana xatırladan qəzet əməkdaşı, təbii ki, erməni baş nazirdən elə də dəqiq bir cavab almayacağını istisna etmirdi. Görünən isə, budur ki, Paşinyanın Moskva səfəri ermənilərlə yanaşı, Paşiynyanın özü üçün də elə bir uğur gətirməyib.
Ağasəf Babayev









 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info