Yol vergisini kim və necə ödəməlidir?
Tarix: 10.09.2018 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Öz minik avtomobili ilə hər hansı xarici ölkədən Azərbaycana qonaq gələn, yaxud respublikamızın ərazisindən keçərək digər ölkələrə gedən şəxs Azərbaycan sərhədləri daxilində yollardan istifadə etdiyi üçün yol vergisi ödəməlidir.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu vergi yük avtomobillərinə də aiddir. Yol vergisi üzrə vergitutma obyektinə maye qaz, avtomobil benzini və dizel yanacağı da daxildir. Yəni Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və ölkəmizə idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qaza görə yol vergisi tətbiq olunur.

Yol vergisinin hesablanması qaydası

Ölkə ərazisinə daxil olan xarici avtomobillər üzrə vergi dərəcələri avtonəqliyyat vasitəsinin növündən, oturacaqlarının sayından, yükgötürmə qabiliyyətindən, yüklə birlikdə ümumi çəkisindən, yola saldığı ağırlıqdan, Azərbaycanın sərhədləri daxilində keçdiyi məsafədən, təhlükəli yüklərin daşınmasından asılıdır. Ölkə ərazisini tərk edən zaman yol vergisinə cəlb olunan xarici dövlətlərin minik avtomobilləri və avtobuslar üçün fərqli vergi dərəcələri tətbiq edilir. Minik avtomobilləri üçün vergi dərəcələri mühərrikin həcmindən və nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılıdır. Avtobuslar üçün vergi dərəcələri oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq dəyişir.
Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən çox ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün respublika ərazisini tərk edən zaman ölkədə artıq qaldığı müddətdən asılı olaraq, ödənilməli yol vergisinin yekun məbləği hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə ölkə ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda, daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq Vergi Məcəlləsinin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilir.

Xaricdən ölkə ərazisinə daxil olan yük avtomobillərindən tutulan yol vergisinin məbləği fərqli qaydada hesablanır. Vergi dərəcələri yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq dəyişir.

Ağır çəkili xarici avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə isə verginin məbləği yük avtomobillərinin tonnajı və Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri ilə müəyyən olunur.

Nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:

37 tondan 41 tonadək olduqda - 0,15 dollar,

41 tondan 51 tonadək olduqda - 0,30 dollar,

51 tondan 61 tonadək olduqda - 0,45 dollar,

61 tondan 71 tonadək olduqda - 0,60 dollar,

71 tondan 81 tonadək olduqda - 0,75 dollar,

81 tondan çox olduqda - 1,8 dollar məbləğində vergi ödənilməlidir.

Təhlükəli yüklərin daşınmasına görə verginin məbləği bu şəkildə artırılır

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək topdan satılan və ölkəmizə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat yol vergisi hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilir.
Vergiödəyiciləri tədiyəçisi olduqları yol vergisi bəyannaməsini hər il iyulun 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergini həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidir.
Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və ölkəmizi tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə yüksələcək
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!
20.07.2019
Gürcüstan hökuməti Azərbaycan şirkətləri ilə əməkdaşlığa hazırlaşır
19.07.2019
Şəki və Oğuzda tikmə sənətinə maraq göstərən xanımlara ustad dərsləri verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info