Peşə təhsili sahəsində Almaniya təcrübəsi öyrənilir
Tarix: 10.09.2018 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Lənkəran İqtisadi Rayonunda Model Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihələri çərçivəsində seminar keçirilib. Təhsil Nazirliyindən bildirilib ki, hər iki layihə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı çərçivəsində həyata keçirilir.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, peşə təhsili müəssisələrinin nümayəndələri, layihənin və özəl sektorun təmsilçiləri iştirak ediblər.
Seminarın keçirilməsinin əsas məqsədi model və kompetensiya peşə təhsili mərkəzlərinin yaradılması istiqamətində Almaniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi imkanlarının müzakirə edilməsi olub.
Layihənin beynəlxalq eksperti Rüdiger Heining kompetensiya və model peşə təhsil mərkəzlərinin yaradılması, ixtisaslar üzrə beynəlxalq standartlara cavab verən kurikulumların və modul tədris vəsaitlərinin hazırlanması, mühəndis-pedaqoji heyətin peşəkarlığının artırılması, işəgötürənlərlə əməkdaşlıq istiqamətində Almaniya təcrübəsinə dair təqdimatla çıxış edib. Mövzu ilə bağlı geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Makedoniyanın Beynəlxalq Balkan Universitetinin rektoru Azərbaycana gəlir
22.04.2019
UNEC-də Ümummilli Liderə həsr olunan ilk TEDx konfransı
22.04.2019
Özbəkistanda “Səmərqənd divanı” kitabının təqdimatı keçirilib
22.04.2019
Fərid Şəfiyev “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin qonağı olub
22.04.2019
İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info