Regionlarda fəaliyyət göstərən gənclər təşkilatları məlumatlandırılır
Tarix: 10.09.2018 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Fondunun (AZGF) icraçı direktoru Fərid Cəfərov və Fondun Müşahidə Şurasının üzvləri bölgələrdə fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri ilə Mingəçevirdə görüş keçiriblər. AZGF-dən bildiriblər ki, toplantıda Fondun gənclər təşkilatlarına təqdim etdiyi imkanlar və XI qrant müsabiqəsi barədə ətraflı məlumat verilib. Tədbirdə gənclər təşkilatlarının regionlarda fəaliyyəti, onların qarşılaşdığı problemlərin həlli yolları təhlil edilib, təkliflər dinlənilib. Toplantının ikinci günündə gənclər təşkilatları üçün layihələrin yazılması, büdcə planlaşdırılması və səmərəli kommunikasiyalar mövzusunda peşəkar təlimçilər tərəfindən seminarlar təşkil olunub. Fondun icraçı direktoru Fərid Cəfərov gənclər təşkilatlarının təmsilçilərinin təkliflərini dinləyib, mövcud problemlərin həlli ilə bağlı tapşırıqlar verib. Qeyd edək ki, Gənclər Fondunun fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirməkdən, həmin sahədə müxtəlif tədbirlərin təşkilindən, habelə gənclərə maliyyə yardımını nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir. Fond gənclər təşkilatlarını və 18-29 yaşlı gəncləri 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə çağırır. Layihə təklifləri sentyabrın 23-dək Gənclər Fondunun rəsmi internet səhifəsi (www.youthfoundation.az) vasitəsilə qəbul olunur.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info