Erməni generala Rusiyada siyasi sığınacaq verilə bilər
Tarix: 10.09.2018 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Mikael Arutyunyana Rusiyada sığınacaq verilə bilər. AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu jurnalistlərə “Daşnaksutyun” partiyasının Ermənistan parlamentindəki fraksiyasının sədri, deputat Armen Rustamyan bildirib. Onun sözlərinə görə, Moskvanın atacağı bu addım erməni generalın əleyhinə açılacaq cinayət işinə etiraz əlaməti olacaq. Deputat əlavə edib: “Bu, çox ciddi məsələdir və ağır nəticələr doğura bilər. Heç bir ölkə başqa dövlətin vətəndaşına boş yerə siyasi sığınacaq vermir”. Xatırladaq ki, Arutyunyan 2008-ci il seçkilərindən sonra keçirilmiş etiraz mitinqləri zamanı Konstitusiya quruluşunu pozmaqda ittiham olunur və beynəlxalq axtarışa verilib. Hazırda Rusiya ərazisində olan generalın Ermənistana təhvil verilməsi üzrə müraciətlərin nəticəsiz qaldığı bildirilir. Bu yaxınlarda RF hüquq-mühafizə orqanlarının Ermənistan polisinə göndərdiyi məktubda məlumat verilib ki, Arutyunyanın axtarışları dayandırılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info