UNEC ölkə xaricində orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığına başlayır
Tarix: 10.09.2018 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Rusiyanın Elm və Təhsil Nazirliyinin əmri ilə rəsmi lisenziya əsasında fəaliyyət göstərən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialında region üzrə iqtisadi təhsilin genişləndirilməsi istiqamətində yeni imkanlar yaradılıb. Belə ki, bu ilin avqustunda Rusiya Federasiyası təhsil və elm sahəsinə nəzarət federal xidməti tərəfindən imzalanmış əmrə əsasən, UNEC-in Dərbənd filialında ali təhsil ilə yanaşı, orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığı da həyata keçiriləcək. Bununla da UNEC - təhsilin hər iki istiqaməti üzrə ölkə xaricində tədris fəaliyyəti göstərən ilk Azərbaycan universiteti olub. UNEC-dən bildirilib ki, bu universitetin Dərbənd filialında orta ixtisas təhsili üzrə qəbul prosesi Rusiya Federasiyası qəbul qaydaları əsasında həyata keçiriləcək. Filialda maliyyə, bank işi, tətbiqi informatika, informasiya sistemləri, iqtisadiyyat və mühasibat uçotu üzrə mütəxəssislər hazırlanmaqla, beş ixtisas üzrə tədris aparılacaq. Qeyd edək ki, 2016-cı ildən etibarən UNEC Avropa İttifaqına üzv ölkədə də mütəxəssis hazırlığını həyata keçirir. Belə ki, UNEC ilə Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında imzalanan müqaviləyə əsasən, bu ölkədə birgə magistr proqramı üzrə mütəxəssislər hazırlanır və bu ilin sonunda ilk məzunlar diplomlarını alacaqlar.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sumqayıtda 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binası tikiləcək
16.11.2018
“Kür-Araz ovalığında təbii-dağıdıcı hadisələrin məskunlaşmaya təsiri”ndən bəhs edən kitab
16.11.2018
Tələbələrin elmi konfransı keçirilib
16.11.2018
Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuş kitab nəşr edilib
16.11.2018
“Azərbaycanlılara qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər (1918-2018-ci illər)” adlı elektron kitab dərc olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info