Gələn il Beynəlxalq İnformatika Olimpiadası Bakıda keçiriləcək
Tarix: 10.09.2018 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadası (IOI) başa çatıb. Təhsil Nazirliyindən bildiriblər ki, Yaponiyanın Təhsil, Elm, Mədəniyyət, İdman və Texnologiyalar Nazirliyinin məsul işçilərinin, bir sıra nüfuzlu ictimai təşkilat və şirkət rəhbərlərinin qatıldıqları bağlanış mərasimində olimpiada iştirakçılarının mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın Azərbaycanda keçiriləcəyi elan edilib. Təşkilatçılar tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı ölkəmizin təhsil nazirinin müavini Firudin Qurbanova təqdim olunub. Tədbirdə çıxış edən F.Qurbanov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara və Yaponiya hökumətinə təşəkkürünü bildirib. Nazir müavini iştirakçıları gələn il ölkəmizdə keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasına dəvət edib, Azərbaycanla bağlı məlumatları onların diqqətinə çatdırıb.
Sonra ölkəmiz haqqında qısa film nümayiş etdirilib. Beləliklə, 2019-cu ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda təşkil olunacaq. Yaponiyada keçirilən olimpiadada ölkəmizin milli komandası üzvlərinin nəticələri əvvəlki illərə nisbətən xeyli yaxşılaşıb. Şagirdlər foruma Respublika Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində Təhsil Nazirliyi və “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə hazırlaşıblar. Respublikamız bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Bilik Fondu Brayl üsulu ilə hekayələr kitabı nəşr etdirib
13.11.2018
BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018
ASCO-nun əməkdaşları “World Maritime University”də magistr təhsillərini başa vurublar
13.11.2018
Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib
12.11.2018
Aİİ-də psixoloqla görüş keçirlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info