Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərlə strateji tərəfdaşlıq əlaqələri qurur
Tarix: 10.09.2018 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Azərbaycan öz qaz potensialını daha böyük həcmdə Avropaya təqdim edə bilər. Xorvatiya da bu məsələdə öz yerini almaq istəyir
Azərbaycan dövlət başçısının son səfərləri ölkəmizin maraqlarının reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Çoxvektorlu siyasət dövlətimizin siyasi-iqtisadi-hərbi maraqlarının təmin edilməsi, əlaqələrin daha da inkişaf etdirilməsinə hesablanıb. Bu baxımdan, Xorvatiya ilə əlaqələri yeni mərhələyə çıxaran Zaqreb səfərinin nəticələri çox uğurlu oldu.

Dövlət başçısının Xorvatiyaya səfəri təkcə bu dövlətlə əlaqələrin inkişafı kimi dəyərləndirilə bilməz. Bu səfər həm də Avropa İttifaqı ilə əlaqələr baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli strateji tərəfdaşlıq əlaqələri qurur, ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq güclənir. Məlum olduğu kimi, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması istiqamətində danışıqlar aparılır. Artıq danışıqların yekun mərhələsi keçirilir, sənədin bir çox istiqamətləri artıq razılaşdırılıb. Tərəflər ilin sonuna kimi yeni sazişin imzalanması istiqamətində ciddi irəliləyiş əldə olunmasına ümid edir. Bu baxımdan, Xorvatiya ilə münasibətlər çox vacibdir. Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Bu səfər “Tərəfdaşlıq prioritetləri” sənədi yeni sazişin imzalanması üçün önəmli addımdır. İki dövlət arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. Zaqrebdə dövlət başçıları arasında keçirilən görüşlər, verilən mesajlar və imzalanan sənədlər də bunu təsdiqləyir.

“Biz kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirməyə ümid edirik”
Səfər çərçivəsində imzalanmış sənədlər ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacaq. Azərbaycan ilə Xorvatiya arasında aparılmış danışıqlar ölkələr arasında əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq. Azərbaycan və Xorvatiya dövlət başçıları mətbuata birgə bəyanatlarında ticarət dövriyyəsindən razı olmadıqlarını bildirərək iqtisadi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini bildirdilər. Prezident Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatında qeyd edib ki, iqtisadi əməkdaşlıq sahəsində olan hazırkı vəziyyət hələ o qədər də istənilən səviyyədə deyil: “Bildiyiniz kimi, iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Biz, həmçinin Bakıda bu komissiyanın son iclasını keçirmişik və istərdik ki, növbəti sessiya yaxın zamanlarda öz işinə başlasın. Təbii ki, bu çərçivədə əczaçılıq və enerji sahəsinə xüsusi diqqət yetirməliyik. İnanıram ki, Xorvatiya digər sahələrdə də öz təcrübəsi ilə bölüşə bilər. Bu gün biz, bu əməkdaşlığın, həmçinin əczaçılıq sahəsində də genişləndirilməsi haqqında danışdıq. Prezident bununla bağlı qeyd etdi ki, şirkətlərimiz tərəfindən Xorvatiya ilə Azərbaycan arasında birgə müəssisə təsis edilə bilər. Bunun sayəsində bizim əczaçılıq şirkətləri üçün fürsət yaranacaq ki, onlar Mərkəzi Asiya və ümumiyyətlə, Xəzər hövzəsi regionuna çıxış əldə etsinlər, o cümlədən Azərbaycanda da fəaliyyət göstərsinlər. Təbii ki, bu da bizim aramızda ticari münasibətləri də inkişaf etdirəcəkdir. Eyni zamanda, gəmiqayırma sahəsində də vacib işlər var. Bizim 6 gəmi ilə bağlı müzakirələrimiz oldu. Ümidvaram ki, bununla bağlı danışıqlarımız davam etdiriləcəkdir və Azərbaycan ilə biznes potensialını tam şəkildə istifadə edə biləcəyik. Həmçinin biz kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirməyə ümid edirik”.

“Yaxın zamanda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda müştərək investisiya layihələri də icra edilə bilər”

Azərbaycan dövlət başçısı da mətbuata bəyanatında qeyd edib ki, biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik: “Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz. Hesab edirəm ki, hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda müştərək investisiya layihələri də icra edilə bilər”. İstər Avropa İttifaqı, istərsə də Xorvatiya ilə münasibətlərin inkişafında əsas vektorlardan biri enerji sahəsində olan əməkdaşlıqdır. Böyük qaz ehtiyatlarına malik olan ölkəmiz qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əsas mənbələrdən biridir. Bakının liderliyi ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsi bu baxımdan Avropa üçün böyük önəm kəsb edir. Avropa İttifaqı və ABŞ-ın böyük dəstək verdiyi bu layihə çərçivəsində “Şahdəniz” qazı Avropa ölkələrinə çatdırılacaq. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu daha da artırmış olacaq. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Azərbaycan qaz hasilatının artırmaq və ixrac coğrafiyasını da genişləndirmək fikrindədir. Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək. Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə Avropaya təqdim edə bilər. Xorvatiya da bu məsələdə öz yerini almaq istəyir. İon-Adriatik qaz kəmərinin çəkilməsi ilə bağlı gedin müzakirələr də bununla bağlıdır. Xorvatiya dövlət başçısı açıq şəkildə bildirdi ki, ölkəsi Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak etmək istəyir: “Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək”. Azərbaycan dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan regionun, Avropanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır: “Biz daha da fəal rol oynamağa davam edəcəyik və bu mənada Xorvatiya ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info