Rəsul Quliyev “milli şura”dakıları qeyri-ciddi sayır
Tarix: 28.06.2013 | Saat: 01:40:00 | E-mail | Çapa göndər


Gülağa Aslanlı: “ABŞ səfəri yalandır, bunu kim deyibsə, gedib ondan bu barədə xəbər almaq lazımdır. Belə bir səfər yoxdur və biz orada iştirak etməyəcəyik”

Radikal müxalif qütbü təmsil etməyə çalışan “milli şura”da bir yerə yığışan şəxslərin əksəriyyətinin təmiz reputasiyaya malik olmadığı barədə tez-tez bildirilib və bu barədə konkret faktlar çəkilib. Bundan əlavə, burada təmsil olunan şəxslər həm də siyasi baxımdan qeyri-peşəkarlıqları, diletantlıqları ilə “seçilirlər”. Bu azmış kimi, həmin şəxslər “milli şura”nın “fəaliyyəti” barədə tez-tez yalançı açıqlamalar verirlər, onların bu açıqlamaları isə az keçmiş ifşa olunur və beləliklə, “milli şura” getdikcə daha çox qeyri-ciddi təsir bağışlayır. Buradan isə o nəticəyə gəlmək olar ki, həmin quruma “milli” etiketi ilə əslində qeyri-ciddi adamlar yığışıblar və siyasi klounluqla məşğuldurlar.
“Milli şura”nın bu cür qeyri-ciddiliyi isə müxalifətdə təmsil olunan digərləri tərəfindən də tez-tez etiraf edilir. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, “milli şura”nın ölkə xaricində təşkilatlanmağa cəhd etməsi onu göstərir ki, onlar daxildən dəstək ala bilmirlər: “Milli şura” hansısa bir xarici gücün layihəsi olduğu üçün həmin güclər Azərbaycanda deyil, başqa ölkələrdə daha asan iş görürlər. Ancaq məsələ burasındadır ki, xaricdə “milli şura”ya cəlb olunan azərbaycanlılar Azərbaycan vətəndaşları deyillərsə, bunun heç bir əhəmiyyəti yoxdur. Yəni əgər onlar Rusiyanın, Ukraynanın və ya digər ölkənin vətəndaşıdırlarsa, bunun heç bir mənası yoxdur. Çünki burada əsas seçici dəstək verməlidir". ADP sədri hesab edir ki, “milli şura”nın daxilində ciddi problemlər üzə çıxıb: "Dünənə qədər deyirdilər ki, ABŞ-a dəvət olunmuşuq. Hətta kimlərin gedəcəyini, ayın neçəsi gedəcəklərini demişdilər. Lakin sonra məlum oldu ki, bu fiaskodur, heç bir dəvət yoxdur, bu, yalandır, kiminsə uydurmasıdır, “milli şura”nın nüfuzunu qaldırmaq, onun guya ABŞ-dan dəstəkləndiyini nümayiş etdirmək üçün uydurulmuş bir hadisədir. Və yaxud da deyirdilər ki, guya iyunun 28-i Rüstəm İbrahimbəyov gələcək, “milli şura”nın iclası olacaq. Ancaq məlum oldu ki, Rüstəm İbrahimbəyovun gəlməyi bir tərəfə, ümumiyyətlə, “milli şura”nın iclası təxirə salınıb. Bu, o deməkdir ki, “milli şura”nın daxilində çox ciddi problemlər meydana çıxıb. Çox güman ki, “milli şura”da bu ziddiyyət davam edəcək və onun işi iflic olacaq. Mə, ümumiyətlə, “milli şura”dan millətimizin və dövlətimizin xeyrinə hansısa bir iş gözləmirəm".
Doğrudan da, “milli şura” yaranan gündən özünü cəmiyyətə “xarici dəstəyə malik” olan bir qurum kimi sırımaq istəyir ki, bu da çox qeyri-ciddi səslənir. Cəmiyyətin özündən güc ala bilməyən, heç bir normal siyasi fəaliyyəti, bir siyasi qurum kimi konkret nizamnaməsi, fəaliyyət prinsipləri ortada olmayan qurum, öz daxilindəki ciddi problemləri aradan qaldırmaq əvəzinə, “xarici dəstək” adı ilə bleflərlə, yalanlar sırımağa çalışmaqla məşğuldur. Bir yandan özünü Rusiyadakı dairələrə sırımağa çalışsa da, sonradan məlum oldu ki, bu qurum heç şimaldakı qurumlar, eləcə də oradakı görkəmli soydaşlarımız tərəfindən də ciddiyə alınmır. Digər tərəfdən də “milli şura”dakılar tamamilə əks qütbə - ABŞ-a səfər edəcəkləri ilə bağlı yalan məlumat yaydılar. Amma Müsavatın və “milli şura” üzvlərinin bu xəbəri danması bir daha göstərdi ki, “milli şura”nın “imicmeyker”ləri yenə siyasi klounluqla məşğuldurlar…
Qeyd edək ki, “Palitra”ya açıqlamasında Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı da bu xəbəri bir daha yalanladı: “ABŞ səfəri deyilən bir səfər yoxdur. Bu, yalandır. Bunu kim deyibsə, gedib ondan bu barədə xəbər almaq lazımdır. Belə bir səfər yoxdur və biz orada iştirak etməyəcəyik”.
Onu da qeyd edək ki, Milli Məclisin eks-spikeri, hazırda Amerikada mühacirətdə olan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev “milli şura” rəhbərliyinin Vaşinqtonda görüşlər keçirəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib. Eks-spiker deyib ki, “milli şura”da təmsil olunan partiya rəhbərlərinin Amerikada toplanacağından xəbərsizdir: “Mənim bu görüşdən xəbərim yoxdur, düşünürəm ki, həmişə olduğu kimi, kimsə ”belə bir şayiə yaysam, köməyi dəyər" fikirləşib. Kimlərsə gəlib Vaşinqtonda kimlərləsə görüşə bilər, amma “milli şura”nın rəhbərliyi Vaşinqtonda toplantı keçirəcək” bəyanatı qeyri-ciddidir". Həmçinin “milli şura”nın üzvü Gültəkin Hacıbəyli “milli şura”nın ABŞ-a nəzərdə tutulan səfəri barədə məlumatsız olduğunu, səfərdə iştirak edəcək şəxslərin kimliyi və səfər planı barədə xəbərinin olmadığını deyib.
Bunlardan başqa, ACP sədri Sülhəddin Əkbər və Müsavat başqanı İsa Qəmbər də belə bir səfər barədə məlumatsız olduqlarını deyiblər. Görünür, “milli şura”nın “quş uçuran”ı Zəfər Quliyevin “utkası” müxalifət düşərgəsində əməlli-başlı çaşqınlıq yaradıb. Bu adam özünü məlumatlı, strateji qərarların qəbul olunmasında iştirak edən kimi göstərmək üçün gündə bir “utka” uçurur. İndi də deyib ki, radikal müxalifətin “başbilən”ləri ABŞ-a mühüm səfərə gedəcəklər. Amma səfərə gedəcək şəxslərin bu barədə məlumatı yoxdur.
Əslində “milli şura” yaranandan onun qeyri-ciddi qurum olacağı bəlli idi, lakin onların gündəmdə qalmaları üçün bu qədər səviyyəsiz metod və üsullara əl atacaqları heç kimin ağlına belə gəlməzdi. Adını “milli şura” qoyan bu qurum ölkə ziyalıları, sadə vətəndaşlarla görüşlər keçirməkdənsə, xarici ölkələrə olan mütəmadi və mənasız səfərləri ilə ictimaiyyəti təəccübləndirməkdə davam edir. ABŞ-a hansısa turist səfərinə gedən və yaxud hər hansı bir dəftərxanaya ötəri başını sala bilən “şura” “başbiləni” gəlib ağızdolusu bəyanat verir ki, “Azərbaycanın taleyüklü məsələlərinin həlli ilə məşğulam”. Sonra da şayiə yayırlar ki, şuranın “ünlü” simaları ABŞ-da toplantı keçirəcək. Bu cür fəaliyyət ucuz və aldadıcı reklamdan başqa bir şey deyil. Bu, kommunikasiya imkanlarının güclü inkişaf etdiyi, hər şeydən bir anda xəbər tutulan cəmiyyətdə yalnız əks effekt doğura və “milli şura”dakı qeyri-ciddi şəxslərin yığnağına qarşı ironiyanı artıra bilər və elə artırır da...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info