“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
Tarix: 10.09.2018 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


Ənvər Haqverdiyev: “Gənclərimiz ölkəmizə qarşı olan ikili standartların, qarayaxmaların, dövlətimizi gözü götürməyənlərin cavablarını layiqincə verirlər”


Bu gün diasporun inkişafı və strateji hədəflərinə çatması üçün yeni taktiki yollardan istifadə olunmalıdır. Bununla yanaşı, diasporun özünə münasibət dəyişməlidir. Bu baxımdan, diaspor fəaliyyətinə vətəndaş dəstəyi önəmli məsələdir. Məhz elə bu məqsədlə bir müddət öncə “Facebook”da Ukraynada Yaşayan Azərbaycanlılara Dəstək və Məlumat Qrupu yaradılıb. Qrupun yaradıcı aktiv sosial şəbəkə istifadəçisi, Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının mütəxəssisi Ənvər Haqverdiy “Palitra”ya müsahibə verib.

-Ənvər müəllim, öncə oxucularımıza özünüzü tanıtmağınızı xahiş edirəm.
- Diqqətinizə görə çox təşəkkür edirəm. Mən Bakı şəhərində anadan olmuşam. Orta məktəbi Azərbaycan Respublikası “Xarici Dillər Təmayüllü Gimnaziyanı” əla, yaxşı qiymətlərlə bitirib, Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinə yüksək balla daxil olub, oranı fərqlənmə diplomu ilə bitirmişəm. Universitet illərindən istər tələbə hərəkatında, istərsə də ictimai-siyasi həyatda fəal iştirak etmişəm. 2007-ci ildən Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmuşam. Hərbi xidmətdən sonra Azərbaycan Respublikasını dünyanın bir neçə ölkəsində təmsil etmişəm. Son bir ildir Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının mütəxəssisi vəzifəsində çalışıram. Sosial şəbəkələrdə siyasi işin təşkilini həyata keçirirəm.
-YAP gəncləri ölkədə baş verən ictimai-siyasi proseslərdə nə kimi aktivlik göstərirlər?
-Bilirsinizmi, Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən böyük siyasi Partiyasıdır. Xalqın ən çətin günlərində sosial sifarişə uyğun olaraq yaradılmış, çiyinlərinə böyük məsuliyyət götürmüş, Heydər Əliyev zəkasına söykənən Yeni Azərbaycan Partiyasının 700 minlik üzvünün təxminən qırx faizini gənclər təşkil edir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi yarandığı gündən Azərbaycanda baş verən bütün siyasi proseslərdə hər zaman ön planda olmuşdur. Partiyamızın gənc fəalları Azərbaycan gənclərinin ən seçilmiş nümayəndələridir. Aramızda alimlər, dünya çempionları, gənc siyasi və ictimai xadimlər, deputatlar var. Gənclərimiz ölkəmizin aparıcı qüvvəsidir. Bildiyiniz kimi, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev hər zaman gənclərə arxalandığını qeyd edir. Onun himayəsi və qayğısı nəticəsində Azərbaycan gəncliyinin ən dəyərli hissəsi olan YAP gəncləri inkişaf edir, ictimai-siyasi həyatda və dövlət aparatında təmsil olunurlar. O cümlədən qeyd etmək yerinə düşərdi ki, Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatının Gənclər Birliyinin üzvləri yaradılmış şəraitdən düzgün yararlanaraq istər rayonumuzda təşkil olunan tədbirlərdə, istər respublika əhəmiyyətli tədbirlərdə, istərsə də keçirilən seçki və referendumlarda çox fəal iştirak edirlər. Gənclərimizin fəallığı həm rayon rəhbərliyi, həm də partiya rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
-Gənclər nə dərəcədə sosial şəbəkələrdən effektiv yararlanırlar?
-Müasir dövrün öz tələbləri var. Bizim əsrin öz çağırışları var. Biz dünya ilə ayaqlaşmaq istəyiriksə, mütləq müasir texnologiyalardan istifadə etməyi, onlardan yararlanmağı, onları həm özümüzün inkişafında, həm də ölkəmizin təbliğində istifadəni bacarmalıyıq. Bu gün Azərbaycan gəncləri müxtəlif sosial şəbəkələrdə çox fəaldırlar. Onlar Azərbaycanda olan inkişafı, Azərbaycan həqiqətlərini, ən böyük problemimiz olan Qarabağ məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Bu gün müxtəlif dillərdə sərbəst danışan gənclərimiz bir çox sosial media platformalarında ölkəmizi layiqincə təmsil edirlər.
Gənclərimiz ölkəmizə qarşı olan ikili standartların, qarayaxmaların, dövlətimizi gözü götürməyənlərin cavablarını layiqincə verirlər. Hesab edirəm ki, gənclərimizin bu sahədə gördükləri işlər, fəallıqları təqdirəlayiqdir.
-Bu günlərdə “Facebook”da sizin tərəfinizdən Ukraynada Yaşayan Azərbaycanlılara Dəstək və Məlumat Qrupu yaradılıb. Bu qrupu yaratmaqda məqsəd nədir?
-Sualınıza görə təşəkkür edirəm. Bu sualınızla bizə öz fəaliyyətimizin mahiyyətini insanlara ifadə etməyə şərait yaradırsınız. Məlumat üçün deyim ki, mən Yeni Azərbaycan Partiyasına təyinatıma qədər Ukraynanın Kiyev şəhərində yaşayırdım və fəaliyyət göstərirdim. Mən hər zaman vətənpərvər olmuşam. Lakin ölkəni vətəndən kənarda sevmək, onu təmsil etmək başqa bir hisdir. Diaspora olan sevgim məhz Kiyevdə yarandı. Ukraynada çox güclü diaspor təşkilatlarımız fəaliyyət göstərir. Onların fəaliyyəti mənə də ilham verdi. Qərar verdim ki, mən də bu sahədə əlimdən gələni etməliyəm.
Bilirsiniz ki, prezident seçkilərindən sonra möhtərəm Prezidentimiz bir çox sahədə kadr dəyişikliyi etdi. Bunlardan biri də, Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) idi. Əslində, bu, diaspor nümayəndələrini öz fəaliyyətlərini daha da genişləndirmək, daha güclü fəaliyyət göstərmələri üçün həm böyük dəstək, həm də ciddi siqnal idi.
DİDK sədri Fuad Muradovun Kiyevdə diaspor üzvləri ilə görüşü oradakı diaspor fəaliyyətində canlanma yaratdı, yeni bir mərhələnin başlanğıcı oldu. Bunun hər birimiz şahidiyik. Biz də, bir qrup diasporun gənc fəalları sosial şəbəkələrdə belə bir qrup yaratmaq qərarına gəldik.
Ukraynada Yaşayan Azərbaycanlılara Dəstək və Məlumat Qrupu heç bir siyasi və ticari məramı olmayan, ictimai əsaslarla fəaliyyət göstərən, sosial medianın ən geniş yayılmış növü olan “Facebook”da ölkəmizin tarixinin, görkəmli şəxsiyyətlərinin, mədəniyyətinin, mətbəxinin, rəqslərinin, təbliği ilə məşğul olan bir qrupdur. Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdan ibarətdir.
Qrupun cəmi 10 gündür yaradılmasına baxmayaraq, 500 üzvü var. Üzlərimizin əksəriyyəti Ukraynada yaşayan azərbaycanlılardır. Onlar bu işdə çox fəaldırlar. Hədəfimiz Ukraynada yaşayan bütün həmvətənlərimizin bu “Facebook” qrupunda yer almasını təmin etməkdən ibarətdir. Bir çox diaspora ağsaqqalları artıq özlərinin dəstəklərini qrupumuza qoşularaq vermiş və qrupda dəstək xarakterli yazılar yazmışlar. Ümumiyyətlə, maraq gözlədiyimizdən çoxdur. Təbii ki, bu bizi çox sevindirir.
Qrupda hər gün dövlət, dövlətçiliyimizi təbliği nöqteyi-nəzərindən yazılar, xəbərlər yayımlanır. Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarımızın fəaliyyəti işıqlandırılır. Xüsusi günlər qeyd olunur.

-Ümumiyyətlə, diasporun hansı formada vətəndaş dəstəyinə ehtiyacı var?
-Dünyada yaşayan azərbaycanlılar öz davranışları, fəaliyyəti, həyat tərzləri ilə hər biri yaşadıqları ölkələrdə ölkəmizi təmsil edirlər. Onlara, yəqin ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycan dövləti tərəfindən böyük dəstək verilir. Bu həm mənəvi, həm də maddi dəstəkdir. Onların fəaliyyətləri dövlətimiz tərəfindən qiymətləndirilir. Lakin biz hər birimiz vətəndaş olaraq bu fəaliyyətə, bacardığımız qədər və bacardığımız sahədə dəstək verməliyik. Diaspor fəaliyyətinə adi vətəndaşlar, xüsusən də xaricdə yaşayan soydaşlarımız dövlətin bu sahədə apardığı işi dəstəkləməli, onu təbliğ etməlidir. Mən bu sahədə fəaliyyət göstərən bütün diaspor fəallarına uğurlar arzu edirəm.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info