Sənədli Film Festivalının münsiflər heyətinə azərbaycanlı rejissor rəhbərlik edib
Tarix: 11.09.2018 | Saat: 08:47:00 | E-mail | Çapa göndər



Türkiyənin ən gözəl guşələrindən biri olan Safranboluda bu il keçirilən 19-cu Beynəlxalq Sənədli Film Festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Safranbolu Beynəlxalq Sənədli Film Festivalı Türkiyədə bu janrda çəkilən filmlərin yarışdığı yeganə platformadır. Bu baxımdan kino sənayesi sahəsində özünəməxsus yeri olan festival kinosevərlər, eləcə də yerli sakinlər və bölgənin qonaqları üçün mühüm hadisə hesab olunur. Bu ilki festival da, ənənələrə uyğun olaraq, əsl bayram ovqatında – yerli rəhbərlik, festivalın iştirakçıları, tanınmış sənətçilər, ictimaiyyətin nümayəndələrinin də qatıldığı kortejin Safranbolunun mərkəzindən keçməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən Safranbolu rayonunun rəhbəri Fatih Ürkmezer Beynəlxalq Sənədli Film Festivalının miqyasının ilbəil genişləndiyini bildirib. Builki festivalda “Məhəllə mədəniyyəti” mövzusu diqqət mərkəzində olub. Məhəllə mədəniyyətinin televiziyada öz əksini tapması mövzusuna həsr olunmuş paneldə vaxtı ilə Türkiyədə çox populyar olan serialların tanınmış aktyorları məhəllə mədəniyyətinin qorunmasının əhəmiyyətini qeyd ediblər.
Nüfuzlu jürinin qərarı ilə müxtəlif nominasiyalarda müəyyən edilən qaliblərin adı açıqlanıb.
Builki festivalda Azərbaycanı təmsil edən filmlər qaliblər arasında olmasa da, ölkəmiz mötəbər tədbirdə layiqincə təmsil olunub. Belə ki, festivalın münsiflər heyətinə azərbaycanlı rejissor və prodüser Nadir Maçanov rəhbərlik edib.
19-cu Safranbolu Beynəlxalq Sənədli Film Festivalı fəxri mükafatların təqdim edilməsi ilə yekunlaşıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
24.09.2018
“Dopdolu bu dünya kəmdi gözümdə ... “
24.09.2018
Festivalın bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
24.09.2018
İsa Həbibbəyli: “Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib”
24.09.2018
Ukraynanın Lvov şəhərində etnik millətlərin mədəniyyət forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info