“Ermənistan işğala son qoyarsa, Bakı-Tbilisi-Qars dəmiryoluna qoşula bilər”
Tarix: 28.06.2013 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


Türkiyənin Qars şəhərində Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstanın nazirləri Ziya Məmmədov, Binəli Yıldırım və George Kvirikaşvilinin başçılıq etdikləri nümayəndə heyətlərinin VI görüşü olub.
Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmiryolu bağlantısı” layihəsinin icra vəziyyəti, həmçinin yaranmış problemlərin həlli yolları müzakirə olunub. Görüşdə, həmçinin Azərbaycanın maliyyə dəstəyi ilə Gürcüstan ərazisində aparılan tikinti işlərinin gedişi, hər üç tranzit potensialının genişləndirilməsində strateji əhəmiyyət kəsb edən dəmiryolu infrastrukturunun yeniləşdirilməsi istiqamətində aparılan işlər də müzakirə olunub. Toplantı çərçivəsində jurnalistlərə açıqlama verən nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, Ermənistan Azərbaycanın torpaqlarının işğalına son qoyarsa, Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsində iştirak edə bilər: “Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları tərəfindən dəstəklənib və təməli atılıb. Ermənistan isə Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi üçün bu layihədən kənarda qalıb. Çünki bu işğal nəticəsində 1 milyondan çox vətəndaşımız öz yurdundan qaçqın və məcburi köçkün düşüb. Ermənistan Azərbaycan torpaqlarından çıxmayana qədər bu layihəyə qoşula bilməz. Biz Azərbaycan tərəfi olaraq, buna heç vaxt icazə verməyəcəyik”.
Günay




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info