Azərbaycan muğamçıları Beynəlxalq Muğam müsabiqəsində birinci yerə layiq görülüb
Tarix: 11.09.2018 | Saat: 10:20:00 | E-mail | Çapa göndər


Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) sənəti Forumunda Azərbaycan yüksək səviyyədə təmsil olunub. Forumun rəsmi açılışında və keçirilən tədbirlərdə Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycanı bu il Özbəkistanın Şəxrisəbz şəhərində keçirilən beynəlxalq makom müsabiqəsində əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” instrumental musiqi qrupu təmsil edib. Xanəndələr, əməkdar artist Nigar Şabanova, Bakıdakı Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada - əməkdar artist Toğrul Əsədullayev, qanonda - əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılov çıxış ediblər.
Azərbaycandan “Heyratı” qrupunun solisti Nigar Şabanova və Özbəkistanın “Sakil” ansamblı müsabiqədə I yerə layiq görülüblər. İkinci yerə İran və Hindistan musiqiçiləri, III yerə isə Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri sahib olublar.
Bundan başqa, müsabiqənin qran-prisi Tacikistan Muğam Akademiyasına təqdim olunub.
Dünyanın 30 ölkəsindən müxtəlif musiqi qruplarının, muğamçıların iştirak etdiyi müsabiqədə I yerin əldə edilməsi ölkəmiz üçün böyük uğurdur və bu mədəniyyətimizin, milli musiqimizin, muğam sənətinin nailiyyətidir.
Qeyd edək ki, mükafat fondunun 10 min dollar təşkil etdiyi I yer üçün xüsusi diplom Özbəkistanın mədəniyyət naziri Baxtiyor Sayfullayev tərəfindən Azərbaycan musiqiçilərinə təqdim edilib və muğamçılarımızın çıxışları, təltifi iştirakçıların böyük alqışları ilə qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Bədii əsərdə yer alan qəhrəmanlar tarix səhnəsində tez-tez xatırlanır
19.09.2018
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
19.09.2018
Sumqayıt teatrı 50-ci yubiley mövsümündə Hüseyn Cavidi anacaq
19.09.2018
Qusar Dövlət Ləzgi Dram Teatrı xüsusi kompozisiya təqdim edib
19.09.2018
Polşanın Jedvabne şəhərində Bakıya həsr olunmuş fotosərgi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info