İlk DOST mərkəzi Bakının Yasamal rayonunda yaradılacaq
Tarix: 11.09.2018 | Saat: 11:35:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin, habelə cənab Prezidentin 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə “e-sosial” internet portalının yaradılması istiqamətində konkret işlər aparılır. DOST Agentliyi və mərkəzlərinin fəaliyyətini təmin etmək məqsədilə bir sıra normativ hüquqi aktların layihələrinin, habelə müvafiq təkliflərin hazırlanması işlərinin bu ay ərzində başa çatdırılaraq aidiyyəti üzrə təqdim edilməsi təmin olunacaq. Artıq ilin sonunadək Bakının Yasamal rayonunda bu rayonun və Səbail rayonunun əhalisinə xidmət edəcək ilk DOST mərkəzinin yaradılması nəzərdə tutulur.
Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST Agentliyin və mərkəzlərin yaradılması üçün aparılan işlərin müzakirəsi məqsədilə nazirlikdə keçirilən iclasda bildirib.
S.Babayev qeyd edib ki, Agentliyin və mərkəzlərin təşkilati strukturu, ştat vahidləri və sayı, kadrların seçimi və hazırlığı, işə qəbulu mexanizmi, iş rejiminin müəyyən olunması, DOST mərkəzlərində göstəriləcək xidmətlərin siyahısı, bu xidmətlərin göstərilməsi qaydası da hazırlanır. Mərkəzlərdə həmin xidmətlər sistemləşdirilmiş formada “bir pəncərə” prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq iş şəraitində təqdim olunacaq. Həmin xidmətlərin siyahısında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə 126 xidmət əhatə olunur. Hazırda bu xidmətlərin pasportlaşdırılması işləri görülür.
Nazir bildirib ki, həmçinin müvafiq xidmətlər üçün tələb olunan sənədlərin minimuma endirilməsi məqsədilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanmaqdadır. Qeyd olunan istiqamətlərdə, habelə İKT-nin və innovativ həllərin geniş tətbiqinə əsaslanan infrastrukturun qurulması, elektron sistemlərin qarşılıqlı inteqrasiyasının təmin olunması, “e-sosial” internet portalının və sosial reyestrin formalaşdırılması işləri yaxın vaxtlarda başa çatmalıdır. Mərkəzlərin iş mexanizmi elə qurulacaq ki, xidmətlərdən istifadə prosedurları sadəliyi, çevikliyi, müraciət edən vətəndaş üçün rahatlığı, tam şəffaflığı ilə ictimai məmnunluğa səbəb olsun.
İclasda müvafiq sahədə aparılan işlər barədə məlumat verilib. Bildirilib ki, DOST mərkəzlərində göstəriləcək yardımçı xidmətlər də müəyyən edilib. Buraya cari bank hesablarının açılması, dövlət rüsumlarının və xidmət haqlarının qəbulu, daşınmaz əmlakın sığortası, inzibati xətalara dair cərimələrin qəbulu və s. daxildir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
10.04.2020
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı
10.04.2020
Kənd təsərrüfatı məhsullarının Bakıya arayış əsasında da gətirilməsinə icazə verilir
10.04.2020
Azərbaycanda indiyədək 991 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib, 159 nəfər sağalıb
10.04.2020
İTV “Səs Uşaqlar“ın final mərhələsinin vaxtını dəyişdirdi
10.04.2020
Bakıda karantin rejimində gündəlik sərnişindaşımanın statistikası açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11500

1 Samir Abbasov: “Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində operativ addımlarla böyük nailiyyət əldə edilib”
2 Azərbaycanda müalicəvi turizmin inkişafında tibb zəlisinin rolu
3 GMO-nun zərərləri
4 Prezident yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
5 Evdən çıxmaq üçün 556 762 icazə qeydiyyata alınıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info