“Ermənistanda siyasi motivlərlə, korrupsiya adı altında həbs dalğası davam edir”
Tarix: 11.09.2018 | Saat: 11:36:00 | E-mail | Çapa göndər


Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya səfəri demək olar ki, heç bir nəticə vermədi. Bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Ekspert bildirib ki, bu səfərin adı işgüzar olsa da, Ermənistana ixrac edilən qazın qiymətinin tənzimlənməsi məsələsindən başqa heç nə ilə yadda qalmadı:
"Paşinyan-Putin görüşü gözlənildiyi kimi, Rusiya tərəfindən təlimatlar, Ermənistan tərəfindən hesabat xarakterli bir görüş kimi yadda qaldı. Görüş bir daha göstərdi ki, vassal dövlət necə olur və onun rəhbəri özünü necə aparmalıdır".
A.Nağıyev qeyd edib ki, N.Paşinyanın özünü belə aparması da başadüşüləndir:
"Bəyanatında deyir ki, Rusiya ilə münasibətlər yüksək səviyyədədir, lakin nəticə tam bunun əksidir. Paşinyanın əsas sualları Azərbaycana silah satılmaması ilə bağlıdır, lakin bu barədə hər hansı açıqlama yoxdur. Bundan başqa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin dəyişdirilməsi və ya həbsi ilə bağlı açıqlama vermir, barəsində cinayət işi qaldırılan baş nazirin sabiq müavini Arutyunyan axtarışa verilib və Rusiyada gizlənir. Amma görüşdə bu barədə də danışılmadı, Paşinyanın sevimli mövzusu olan Azərbaycanın KTMT-yə müşahidəçi qismində qəbulu məsələsindən də söhbət açılmadı. Yəni bu görüş sadəcə olaraq Paşinyana xəbərdarlıq və tövsiyə kimi yadda qala bilər".
Politoloq deyib ki, son vaxtlar Qərbin bir sıra maliyyə fondları vasitəsilə Ermənistanda qeyri-hökumət təşkilatlarının sayının artması, Dağlıq Qarabağ probleminin həllində durğunluq, Robert Koçaryana qarşı qaldırılan cinayət işi görüşün əsas mövzuları olmalı idi:
"Eyni zamanda seçkiyə hazırlaşan Paşinyana yəqin ki xəbərdarlıq da edilib. Çünki Ermənistanda siyasi motivlərlə, korrupsiya adı altında həbs dalğası davam edir. Bu isə hərbi xuntanın əməllərinin ifşasıdır və təbii ki, hamıya xoş gələ bilməz. Bir sözlə, bu səfərin adı işgüzar olsa da, Ermənistana ixrac edilən qazın qiymətinin tənzimlənməsi məsələsindən başqa heç nə ilə yadda qalmadı".




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20.05.2019
Ramin Əhmədov: ”Azərbaycanda mükəmməl sosial təminat sistemi qurulub”
20.05.2019
Millət vəkili Azər Badamov: “Hədəf neftdən asılı olmayan güclü iqtisadiyyat formalaşdırmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info