142-Çağrı Mərkəzi tərəfindən 11 075 vətəndaş müraciəti cavablandırılıb
Tarix: 11.09.2018 | Saat: 12:25:00 | E-mail | Çapa göndər


Cari ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə əvvəlki iyul ayı ilə müqayisədə 10,4 faiz az olmaqla, 11 075 müraciət daxil olub.
Müraciətlər əmək qanunvericiliyi və onun tətbiqi, sosial təminat, sosial sığorta münasibətləri, aktiv məşğulluq tədbirlərinə, həmçinin özünüməşğulluq proqramına cəlb olunma, əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. məsələləri əhatə edib. Edilmiş müraciətlərdən 96,1 faizi və ya 10 645-i sorğu xarakterli olub.
Vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilməklə sorğuların cavablandırılması, digər müraciətlərdə əksini tapan məsələlərə qanunvericilik çərçivəsində baxılaraq tədbirlər görülməsi, nəticəsi barədə vətəndaşlara məlumatlar verilməsi təmin edilib.
Ümumilikdə isə cari ilin 8 ayı ərzində “142-Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin sayı 108,9 minə yaxın olub.
“142-Çağrı Mərkəzi” vətəndaşlara ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş müraciətlərə baxılmasının cari vəziyyəti və əlilliyin qiymətləndirilməsinin nəticəsi barədə məlumat əldə etməyə də imkan verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info