“Baker Hughes” BANM ilə sıx əməkdaşlıq edir
Tarix: 11.09.2018 | Saat: 13:06:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) dünyanın böyük neft və qaz servis şirkəti olan “Baker Hughes”un Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilib. Görüşdə BANM-in rektoru Elmar Qasımov, “Baker Hughes” şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Qreiq Rasel Lindsay, şirkətin miqrasiya üzrə meneceri Tural Ahmad və BANM-in əməkdaşları iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov ali məktəbin “Baker Hughes”la yaranmış sıx əməkdaşlığından məmnun olduğunu bildirib. Cənab Rasel isə BANM-in şirkətdə 3 ay yay təcrübəsi keçmiş tələbələrindən çox razı qaldığını, onların bilik və dünyagörüşünün “Baker Hughes”un standartlarına tam cavab verdiklərini qeyd edib. O, həmçinin bildirib ki, şirkət BANM-dən növbəti təcrübəçiləri seçmək və onları 3 ay müddətində şirkətin işlərinə cəlb etmək və təlimlər keçmək niyyətindədir.
Rektor Elmar Qasımov “Baker Hughes”un Azərbaycan və Gürcüstan üzrə direktorunu növbəti ay ali məktəbin tələbələrini motivasiya etmək üçün böyük seminar keçməyi təklif edib. Cənab Rasel isə böyük məmnuniyyətlə təklifi qəbul edib.
Görüşdə, həmçinin ikitərəfli əlaqələrin genişləndirilməsi üçün əməkdaşlığın bır sıra yeni istiqamətləri müzakirə edilib. Şirkət artıq neçə ildir ki BANM ilə müqavilə əsasında əməkdaşlıq edir. “Baker Hughes” neft və qaz sənayesində innovativ xidmətlər, məhsul və texnologiyalar üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli şirkət olaraq dünyanın 80-dən artıq ölkəsində fəaliyyət göstərir və ümumilikdə 58.000-dən çox işçiyə sahibdir. Eyni zamanda, “Baker Hughes” şirkəti 11 texnoloji mərkəzə malik olaraq elm və texnologiya sahələrinə ən çox investisiya yatırımı edən şirkətlər sırasındadır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
SDU və Sumqayıt Dövlət Texniki Kollecində “Açıq qapı“ günü
22.01.2019
Aİİ-də “Nəsimi İli” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır
22.01.2019
“ADU ilə əlaqələr Koreya üçün xüsusi məna daşıyır”
22.01.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinə “Y nəsli və yeni iş yerləri” adlı təlim keçirildi
22.01.2019
Dövlət İmtahan Mərkəzi yeni “videodərs” sosial layihəsinə başlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info