Qaxda antik və orta əsrlər dövrünə aid yeni abidə aşkarlanıb
Tarix: 11.09.2018 | Saat: 13:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin rəhbəri olduğu Oğuz-Qax arxeoloji ekspedisiyası tərəfindən Qax rayonu ərazisində tədqiqatlar aparılıb. Tədqiqatlar zamanı rayon ərazisindəki tarixi-arxeoloji abidələrin xəritələri və GPS koordinatları hazırlanıb, bəzi abidələrdə çöl-tədqiqat işləri həyata keçirilib. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, cari mövsümdə elmi ədəbiyyata yeni bir arxeoloji abidənin gətirilməsi mühüm yenilik kimi qeyd olunmalıdır. Belə ki, ekspedisiya tərəfindən Qax rayonunun Qıpçaq kəndinin cənubunda, Üzümlü-Ağyazı istiqamətində olan şose yolunun Əyriçay körpüsünə çatmamış sağ hissəsində, yerli əhali tərəfindən “Əyrinin tapı” (Əyriçayın təpəlikləri) deyilən ərazidə, çayın sağ sahilində Qıpçaqtəpə abidəsi ilk dəfə qeydə alınıb.
Qıpçaqtəpə abidəsi dörd hektar ərazini əhatə edir. Çoxtəbəqəli abidə möhtəşəm yaşayış yerlərindən biridir. Cari mövsümdə Qıpçaqtəpə yaşayış yerində beş hissədə arxeoloji kəşfiyyat qazıntısı aparılıb. Müvafiq arxeoloji kəşfiyyat sahələrində aparılmış tədqiqat nəticəsində abidənin mədəni təbəqələri müəyyənləşdirilib və üst təbəqələrdən maddi-mədəniyyət nümunələri kameral şəkildə işlənilib. Qıpçaqtəpə abidəsində aparılan arxeoloji kəşfiyyat qazıntısı zamanı abidənin üst təbəqələrinin ilk orta əsr və orta əsrlərə aid olduğu müəyyənləşdirilib. Qazılmış sahələrin planı hazırlanıb.
İlkin tədqiqatlar nəticəsində Qıpçaqtəpə yaşayış yerinin antik və ilk orta əsrlər dövründə, şose yoluna yaxın hissədə yerləşdiyini, daha sonra son orta əsrlərə doğru yaşayış yerinin öz ərazisini qərb istiqamətində genişləndirdiyini söyləmək mümkündür. Son orta əsrlərdə əhali “Sarı pir” adlanan hissədə həyat sürüb, XX əsrdə isə hazırkı Qıpçaq kəndinin ərazisində məskunlaşıb.
Qıpçaqtəpə abidəsinin qərbindəki “Sarı pir” qəbiristanlığına da baxış keçirilib və fotoşəkillər çəkilib. Qəbir daşları üzərindəki yazılardan oranın XIX əsrə aid olduğunu söyləmək mümkündür.
Zərnə kəndindəki ilk orta əsr Zərnə qalasında da arxeoloji tədqiqat işləri aparılıb, qala divarlarının qalıqları əsasında onun planı hazırlanıb.
Tədqiqat mövsümündə Qax rayonu ərazisindəki ilk orta əsr alban dövrü abidələrinin bəzilərinin GPS koordinatları müəyyənləşdirilib və arxeoloji xəritəsi tərtib olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info