“SAY-Cümhuriyyət” layihəsi davam edir
Tarix: 11.09.2018 | Saat: 13:32:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyinin dəstəyi(GİN), “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən SAY hərəkatının 7-ci fəaliyyəti olan“Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” layihəsi davam edir. SAY hərəkatının yeddinci fəaliyyəti çərçivəsində təşkil olunan layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Layihənin məqsədi Azərbaycanda könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği ilə gəncliyin inkişafına təkan vermək, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların fəal iştirakını təmin etmək, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdır. “SAY:Cümhuriyyət” layihəsinin 2-ci günündə Komanda quruculuğu təlimi baş tutub. Təlimçi - ekspert Rəna Tahirova hər biri 10 nəfər olmaqla 8 komandaya vahid komanda olmağı öyrədib.Daha sonra gün ərzində komandalar arasında voleybol, ipdartma, maneəli qaçış kimi idman oyunları keçirilib. Layihənin 3-cü günü “Cümhuriyyət Tarixi” günü olub. Yazıçı, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu layihə iştirakçıları ilə cümhuriyyət tarixi barədə diskussiya aparıb. Daha sonra layihənin 3-cü günü təlim sessiyaları və intellektual yarışlarla davam edib. Layihə iştirakçıları praktiki sessiyaya hazırlaşıb. Birliyin mətbuat xidmətindən bildirilib ki,“SAY:Cümhuriyyət” layihəsi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərancamına əsasən, eyni zamandaPrezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının” 5.7.5. maddəsində Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi” bəndinə uyğun olaraq həyata keçirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info