Gürcüstan paytaxtında etiraz aksiyası
Tarix: 28.06.2013 | Saat: 01:47:00 | E-mail | Çapa göndər


Gürcüstan paytaxtındakı “Radisson” mehmanxanasının önündə etiraz aksiyası keçirilib. Aksiya “Azad zona” adlı qeyri-hökumət təşkilatının nümayəndələrinin təşəbbüsü ilə baş tutub.
Məlumata görə, tədbir iştirakçıları Gürcüstanın baş naziri Bidzina İvanişviliyə Rusiya yönümü tutduğuna görə etiraz səslərini ucaldıblar. Aksiyada NATO-nu dəstəkləyən şüarlar qaldırılıb. Polis etiraz aksiyası iştirakçılarının qarşısını kəsib. Aksiya iştirakçıları Gürcüstanın NATO-ya üzv olmasının vacib olduğunu vurğulayıblar. Qeyd edək ki, həmin vaxt “Radisson” mehmanxanasında 28 ölkə nümayəndələrindən ibarət nümayəndə heyətinin və Gürcüstan rəsmilərinin iştirakı ilə NATO-Gürcüstan komissiyasının toplantısı keçirilib. Tədbirdə NATO-nun baş katibi Foq Rasmussen, Gürcüstanın baş naziri Bidzina İvanişvili, xarici işlər naziri Maya Pancikidze, müdafiə naziri İrakli Alasaniya, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili və NATO-ya üzv ölkələrin nümayəndələri də iştirak ediblər. Tədbir jurnalistlər üçün qapalı keçirilib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info