“İran və Azərbaycan limanları arasında gəmi reysləri təşkil etmək olar”
Tarix: 11.09.2018 | Saat: 14:00:00 | E-mail | Çapa göndər


“İran ilə Azərbaycanın dəniz limanları arasındakı əlaqələrin inkişafı ticarət və turizm əlaqələrinin də artmasına imkan yaradar”. AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Limanlar və Dənizçilik Təşkilatının beynəlxalq əlaqələri üzrə baş idarəsinin rəisi Məhəmmədəli Sədipur deyib. Onun sözlərinə görə, Azərbaycanın Xəzər dənizi sahilindəki Bakı və Astara limanları ilə İranın Astara və Ənzəli limanları arasında gəmi reysləri təşkil etmək olar. Bu reyslərlə qarşılıqlı şəkildə vətəndaşların gediş-gəlişi asanlaşar. “Dəniz nəqliyyatı ilə daha çox yükü tez bir zamanda çatdırmaq mümkündür. Məsafənin yaxınlığı və nəqliyyat xərclərinin ucuzluğu həm özəl, həm də dövlət sektoru üçün səmərəlidir. Bu istiqamətdə Azərbaycan tərəfi ilə danışıqlar aparılır”, - deyə o əlavə edib. Xatırladaq ki, Azərbaycandakı 5 dəniz limanı - Bakı, Hövsan, Dübəndi, Səngəçal və Ələt limanları Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafı üçün əlverişli baza sayılır.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info