“Azərbaycana gələn BƏƏ vətəndaşlarının sayının artması əməkdaşlığa yeni dinamika verir”
Tarix: 11.09.2018 | Saat: 14:38:00 | E-mail | Çapa göndər


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Dubay aeroportlarının sədri Şeyx Ahmed Bin Saeed Al Maktum ilə görüşüb.
Səfirlikdən verilən məlumata görə, Şeyx Ahmed Bin Saeed Al Maktum eyni zamanda “Emirates” və “Fly Dubai” hava yollarının, “Dubay World” holdinqinın, “Nur” Bankının, “Dubay Aviation City” korporasiyasının sədridir.
Görüş zamanı əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və BƏƏ-nin birinci Prezidenti Şeyx Zayed əl Nəhyan tərəfindən qoyulmuş ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə inkişaf etdiyi vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dair strategiyası çərçivəsində ölkəmizdə aparılan genişmiqyaslı işlər barədə ətraflı məlumat verilib. Sözügedən strategiya çərçivəsində ölkəmizdə mövcud olan turizm potensialının həyata keçirilməsi istiqamətində görülən işlər, əldə edilmiş nailiyyətlər barədə danışılıb. Azərbaycanda demək olar ki, bütün turizm növlərinin, o cümlədən müalicə, dini, ekoturizm, macəra, ixtisaslaşdırılmış, kənd turizminin mövcudluğu qeyd olunub. Dünyanın demək olar ki, bütün ölkələrindən yüz minlərlə turistin ölkəmizə səfər etdiyi, son illərdə xalqlarımız arasında təmasların genişlənməsi, Azərbaycana səfər edən BƏƏ vətəndaşlarının sayının ildən ilə artmasının əməkdaşlığa yeni dinamika verdiyi bildirilib. Vurğulanıb ki, rəsmi statistikaya görə, 2017-ci ildə BƏƏ-dən Azərbaycana yüz mindən çox turist səfər edib ki, bu da 2016-ci illə müqayisədə 2 dəfə çoxdur.
Görüşdə xüsusi vurğulanıb ki, hazırda BƏƏ vətəndaşları Azəbaycana səfər etmək üçün vizanı elektron qaydada və ya ölkəmizin beynəlxalq hava limanlarında əldə edə bilirlər. Bununla yanaşı, cari ilin iyul ayından başlayaraq BƏƏ-nin rezident vizasına sahib olan bütün əcnəbilərə vizalar Azərbaycanın beynəlxalq hava limanlarında rəsmiləşdirilir.
Səfir BƏƏ turistlərinin Azərbaycana artmaqda olan maraqlarının birbaşa uçuşlar coğrafiyasının genişləndirilməsini stimullaşdırdığını Şeyx Əhmədin diqqətinə çatdıraraq, hazırda “Azərbaycan Hava Yolları”nın Bakı-Dubay, BƏƏ-nin “Fly Dubay” şirkətinin Dubay-Bakı və Dubay-Qəbələ, "Air Arabia” şirkətinin Şarja-Bakı, Şarja-Qəbələ, "Etihad” hava yollarının Abu Dabi - Bakı marşrutu üzrə birbaşa uçuşlarının həyata keçirildiyi barədə məlumat verib. BƏƏ turistlərinin Azərbaycana maraqlarının getdikcə artması baxımından səfir bu ölkədən Naxçıvan, Gəncə və Azərbaycanın digər şəhərlərinə birbaşa uçuşların açılmasının vacibliyini ön plana çəkib, bu şəhərlərin və Azərbaycanın digər məkanlarının turistik potensialı barədə danışıb. Eyni zamanda hava daşınmalarına yeni aviaşirkətlərin cəlb olunmasının da məqsədəmüvafiqliyi qeyd olunub.
Görüş zamanı Şeyx Ahmed Bin Saeed al Maktum iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyindən məmnunluğunu bildirib, bu əlaqələrin keyfiyyətcə daha da yüksək səviyyəyə qaldırılması üçün zəruri işlərin görülməsinin vacibliyini deyib. Rəhbərlik etdiyi “Emirates” və “Fly Dubai” hava yollarının Azərbaycanın digər şəhərlərinə birbaşa uçuşlarının həyata keçirilməsi məsələsinin öyrəniləcəyini bildirib. Şeyx bu məsələyə hava yollarının mənfəət əldə etməsi deyil, uçuşların iki dost xalq arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyi prizmasından baxılacağını xüsusi qeyd edib O, 2015-ci ildə Dubai əmiri ilə Azərbaycana səfərinin xoş təəssüratları barədə danışıb.
Daha sonra Şeyx Ahmed al Maktum rəhbərlik etdiyi digər qurumların fəaliyyəti barəsində, o cümlədən Dubay hökumətinin sərmayə layihələri portfelini idarə edən “Dubai World” korporasiyası, Dubai Əmirliyini dünyanın komersiya və logistik mərkəzinə çevirən “Dubai Aviation City Corporation” barəsində məlumat verib. Dubayın əmiri Şeyx Mohammad Bin Raşid Al Maktumun cari ilin avqust ayında Dubay şəhərini İslam Bankı mərkəzinə çevrilməsi strategiyası çərçivəsində Dubai İslam İqtisadi İnkişaf Mərkəzi yaradılması haqqında sərəncam imzaladığını bildirərək, başçılıq etdiyi Noor Bankın sözügedən təşəbbüsə mühüm töhvə verdiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən “Azərbaycan Hava Yolları”nın nümayəndəsi Emin Sadıxov BƏƏ-də işlədiyi uzun illər ərzində Şeyx Ahmedin rəhbərlik etdiyi müvafiq qurumlar tərəfindən göstərilən dəstək və əməkdaşlığa görə minnətdarlığını çatdırıb. Şeyx Ahmed öz növbəsində “Azərbaycan Hava Yollarının” Dubay hava limanına uçuşlar təşkil edən şirkətlər arasında ən keyfiyyətli xidmət göstərən şirkətlərdən biri olduğunu, yerli sərnişinlər tərəfindən sevildiyini deyib, bu xidmətlərə görə Emin Sadıxova və şirkətin rəhbərliyinə təşəkkürünü ifadə edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info