Moskva İrəvanı öz təsir zonasına qaytarır
Tarix: 11.09.2018 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


Ermənilərin Paşinyana münasibəti dəyişəcəkmi?

«Təbii ki, bu, bir oyun idi. Paşinyanı “sözəbaxan oğlan” halına gətirərək, Qərbə meyillilikdən çəkindirmək üçün Kreml tərəfindən idarə olunan bir oyun... Bir neçə gün əvvəl Kremldə Putinlə görüşən baş nazirimiz qürurla Ermənistan və Rusiya münasibətlərinin "parlaq" olduğunu bildirdi». Bu fikirlərə öz səhifəsində yer ayıran «ArmenianReport» saytı «Məgər Paşinyan hələ də Rusiyanın zəif intriqa qurbanı olduğunu anlamırmı?»- deyə ritorik bir sualla çıxış edir.
Erməni saytı daha sonra yazır: «Nikol Paşinyanın xarici siyasətdə nə təcrübəsinin, nə də bacarığının olmaması inkaredilməz bir faktdır. Məhz elə bunun nəticəsidir ki, həm onunla, hə m də Ermənistanla sərt bir zarafat oynanıldı. Artıq biz Paşinyan hökumətinin ağılsızcasına ruslar tərəfindən qoyulan tələyə düşdüyünü, bunun nəticəsində isə Kremlin, Bakının və ölkəmizdəki beşinci kolonun əlində oyuncağa çevrildiyini söyləyə bilərik. Gəlin hər şeydən əvvəl, «zirvə toplantısı»nın keçirildiyi şərtlərə diqqət yetirək. İlk növbədə rusiyalı ekspertlər, hətta vaxtilə Ermənistana sadiqlikləri ilə tanınan siyasətçilər də gənc Paşinyan hökumətinə və onun daxili və xarici siyasətinə hücum etməyə başladılar. Təbii ki, bütün bunların Rusiyanın təbliğat mətbəxindən cilalandığı, təbliğat koordinasiyasının Kreml tərəfindən İrəvana təzyiq göstərmək üçün həyata keçirildiyi məlum idi. Bundan bir müddət sonra bəzi Azərbaycan və Rusiya mətbuatında, guya Bakının KTMT-yə daxil olacağı barədə xəbərlər sərgiləndi ki, bu da hər eydən əvvəl Yerevandakı vəziyyəti gərginləşdirməyə hesablanmışdı. Gizlətmək olmaz ki, bu da haradasa, öz effektini də verdi. Bundan əlavə, sirr deyil ki, bu gün bütün dəyərsizliyinə, marginallığına baxmayaraq, ermənilər Azərbaycanın bu təşkilata daxil olmasını istəmirlər. Bütün bunlar bir yana, yada salaq ki, Paşinyanla görüşdən bir neçə gün əvvəl, Rusiya prezidenti azərbaycanlı həmkarı ilə 16 dövlətlərarası sənəd imzalamışdı. Bəs Paşinyanla nə imzalandı, təbii ki, heç nə?

“Nikol Paşinyanın xarici siyasətdə nə təcrübəsinin, nə də bacarığının olmaması inkaredilməz bir faktdır. Məhz elə bunun nəticəsidir ki, həm onunla, həm də Ermənistanla sərt bir zarafat oynanıldı. Artıq biz Paşinyan hökumətinin ağılsızcasına ruslar tərəfindən qoyulan tələyə düşdüyünü, bunun nəticəsində isə Kremlin, Bakının və ölkəmizdəki beşinci kolonun əlində oyuncağa çevrildiyini söyləyə bilərik”

Məhz buna görə də, hər şeydən əvvəl, Kremlin düşünülmüş planını İrəvanda açmalı və heç bir şantaja yol vermədən Qərbə doğru hərəkəti davam etdirməliydilər. Bu, Ermənistana qarşı yaranmış «Rusiya-Azərbaycan cəbhəsinə» də doğru bir cavab ola bilərdi. Lakin bunlar baş vermədi. Moskvada biz Paşinyanı “itaətkar bir uşaq” halına gətirmək və onu Qərbə istiqamətlənmədən çəkindirmək üçün, Kreml tərəfindən idarə olunan bir dram oynanıldığını gördük. Bunu Paşinyanın siyasətdəki naşılığı kimi də qəbul edə bilərdik. Əslində, Paşinyan Rusiya ilə Azərbaycanın birləşmiş cəbhəsi tərəfindən ona qarşı hazırlanmış danışıqlardan qorxaraq Moskvaya gəlsə də, heç bir əvəz almadan, qoyulan oyun qaydalarını qəbul etmək məcburiyyətində qaldı.
İndi özünüz düşünün, əgər Paşinyanın iddia etdiyi kimi, doğrudan da Rusiya ilə Ermənistan arasındakı münasibətlər bu qədər parlaqdırsa, onda niyə Moskva indiyə qədər sabiq cinayətkar nazir Mikael Arutyunyanı İrəvana qaytarmır? Digər misal, əgər ölkələrimiz arasındakı münasibətlər bu qədər yaxşıdırsa, niyə Putin digər cinayətkar Xaçaturovun dəyişdirilməsi məsələsini müzakirə etməkdən imtina etdi? Niyə Moskva hələ də rus silahlarını Azərbaycana satmaqda davam edir? Əlbəttə, bütün bunlar Paşinyanın heç bir sözünün Putin üçün keçərli olmadığına dəlalət edir.
Artıq bu gün Ermənistanda yaşananlar başqa şeydən xəbər verir. Belə ki, Ermənistanda yaşanan dəyişiklikləri heyranlıqla izləyənlər, indi İrəvanın yenidən Moskvanın təsiri dairəsinə döndüyünü görürlər. Amma erməni xalqı Paşinyandan başqa şeylər gözləyirdi».
Təbii ki, burada önəm kəsb edən məsələ, ermənilərin Paşinyana qarşı sərgilənəcək gələcək münasibətilə bağlıdır. Görünür, Paşinyan vaxtilə etdiyi populist çıxışlarında Ermənistanı Avropa İttifaqına, NATO-ya qovuşduracağını xalqa inandıraraq hakimiyyətə gəldiyini unudur.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info