Vyanada xarici diplomatlara ordumuz barədə təbliğat kitabçaları təqdim edilib
Tarix: 28.06.2013 | Saat: 01:48:00 | E-mail | Çapa göndər


Ölkəmizin Avstriyadakı səfirliyinin nəzdindəki hərbi nümayəndəliyi tərəfindən Vyanada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümünə həsr olunmuş rəsmi ziyafət təşkil edilib.
Mərasimdə Avstriya Müdafiə Nazirliyinin, ölkə parlamentinin, Slovakiya Müdafiə Nazirliyinin rəsmiləri və nümayəndələri, Azərbaycan ilə sıx əməkdaşlıq edən bir sıra ölkələrin səfirləri, Avstriyada akkreditə olunmuş ölkələrin hərbi attaşeləri, ATƏT-in üzv dövlətlərinin hərbi nümayəndələri, Avstriyadakı diaspor təşkilatlarımızın üzvləri, eləcə də səfirliyin və Azərbaycan Respublikasının Slovakiyadakı fəxri konsulluğunun əməkdaşları iştirak ediblər.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov 1918-ci ildə müstəqilliyini elan etmiş gənc Azərbaycan dövlətində qısa zamanda bütün dövlət təsisatlarının yaradıldığını, eləcə də ordu quruculuğuna ciddi diqqət yetirildiyini nəzərə çatdırıb. Azərbaycan ordusunun keçdiyi tarixi yola nəzər salan Q.İsrafilov hazırda Azərbaycanın ölkənin ərazi bütövlüyünü bərpa etməyə qabil olan qüdrətli orduya malik olduğunu qeyd edib. Bildirilib ki, işğalçı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hazırda Azərbaycanın əraziləri hələ də işğal altındadır. Lakin sülh və danışıqlar yolu ilə münaqişəni nizamlamağa çalışan Azərbaycan dövləti tarixi və əzəli torpağımız olan Qarabağ üzərində suveren hüquqlarını, ölkənin ərazi bütövlüyünü bərpa edəcək.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ölkəmizin Avstriyadakı səfirliyi nəzdində hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev 1918-ci il iyunun 26-da ilk nizami hərbi korpusun yaradılması ilə Azərbaycan Silahlı Qüvvələrinin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Milli ordumuzun tarixi, onun keçdiyi şanlı yol və hazırkı inkişafından danışan K.Quliyev 1998-ci ildə ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə həmin günün rəsmi bayram statusu aldığını bildirib. Qeyd edilib ki, material-texniki bazası son illərdə gücləndirilmiş Azərbaycan ordusu Cənubi Qafqazda ən qüdrətli və müasir hərbi gücə çevrilib. K.Quliyev Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə, xüsusilə də ordu quruculuğunda ciddi işlərin aparıldığını bildirib, dövlət başçısının komandanlığı altında Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməyə qadir güclü bir ordusunun mövcud olduğunu vurğulıb.
Mərasimdə Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş videoçarxlar, eləcə də iyunun 26-da Bakıda keçirilmiş hərbi paradın videoyazısı nümayiş etdirilib və tədbirin sonunadək Azərbaycanın hərbi marşları səsləndirilib. Eyni zamanda, tədbirdə iştirak edən qonaqlara Silahlı Qüvvələrimiz bərədə tərtib edilmiş təbliğat kitabçaları da təqdim edilib.
Günay




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info