YAP Suraxanı rayon təşkilatı 25 ildir respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir
Tarix: 11.09.2018 | Saat: 14:59:00 | E-mail | Çapa göndər



Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı 25 ildir respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, qazandığı uğurlarla partiyaya və ölkəmizə xidmət göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib.
Vüqar Seyidov deyib: “1992-ci ilin noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında siyasi həyata vəsiqə almış YAP fəaliyyətdə olduğu 26 il ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış edib, ümummilli ideyaları özündə ehtiva edən səmərəli fəaliyyəti ilə xalqın dərin inamını qazanıb.
Böyük strateq qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən yalnız daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də xalqın dəstəyinə arxalanıb, ən böyük dəstəyi ondan alıb. Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 25 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki surətdə bərqərar olmasına yönəlmişdir. Bütün bunlar cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı daha da gücləndirib.
YAP Suraxanı rayon təşkilatı 25 ildir ki, respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, qazandığı uğurlarla partiyaya və ölkəmizə xidmət göstərir. Fəxrlə deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının üzvləri son 25 il ərzində ölkəmizdə keçirilən bütün seçkilərdə olduqca fəal iştirak edib, rayon təşkilatımız yüksək peşəkarlıq nümayiş etdirib, dövlətimizin başçısına və sevimli partiyamıza sədaqətləri ilə seçiliblər.
Uğurlarımıza sevinməyən, dövlətçiliyimizin əleyhinə çıxan, milli maraqlarımıza xəyanət edən müxtəlif qüvvələrə və ayrı-ayrı siyasətbazlara qarşı qətiyyətli mübarizə aparan rayon təşkilatının fəalları dövlətimizə qarşı çıxanlara tutarlı cavablar verirlər.
Qeyd etməliyəm ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı silsilə tədbirlər planı hazırlayıb, həyata keçirib.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı 25 ildir respublikanın ictimai-siyasi həyatında özünəməxsus yer tutub. Təşkilatımız fəaliyyəti dövründə rayon ərazisində Ulu Öndərin siyasi kursuna sadiq qalaraq Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin tövsiyə və tapşırıqlarına əməl edərək ölkəmizin çiçəklənməsi və tərəqqisi naminə çalışıb.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı öz növbəsində həm də sosialyönümlü tədbirlərdə fəal iştirak edir. Fəaliyyətimizin 25 ili ərzində partiya fəallarımız milli ordumuzda xidmət edən əsgərlərlə, şəhid ailələri ilə, Qarabağ müharibəsi əlilləri və veteranları, Böyük Vətən müharibəsi veteranları, rayonumuzda yerləşən 2 saylı uşaq evində tərbiyə alan uşaqlarla çoxlu sayda tədbirlər keçirib, aztəminatlı və yataq xəstələri olan YAP üzvlərinə maddi-mənəvi dəstək göstəriblər.
Bu gün Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atır, beynəlxalq aləmdə özünə layiqli yer tutur. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda siyasi stabillik və vətəndaş həmrəyliyi mövcuddur. Bütün bu uğurlar Azərbaycan Prezidentinin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində qazanılıb.
Sonda Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının çoxsaylı partiya üzvlərini və rayon təşkilatımızın uğurlarına sevinən hər kəsi 25 illik yubiley münasibətilə səmimi qəlbdən təbrik edir və onları ulu öndər Heydər Əliyev yolunun davam etdirilməsində Prezident İlham Əliyevin ətrafında siyasi əqidəmizlə, əməli fəaliyyətimizlə birləşərək vəhdət olmağa səsləyirəm”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info