İnformasiya texnologiyaları sahəsində ixtisaslaşan iş adamları ilə görüş keçirilib
Tarix: 11.09.2018 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Səfər Mehdiyev: “Gömrük işinin təşkili sahəsində informasiya texnologiyalarının tətbiqi sürətlə genişləndirilir”

Sentyabrın 11-də Dövlət Gömrük Komitəsində informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev gömrük xidmətinin hər zaman iş adamları, biznes subyektləri ilə qarşılıqlı əlaqələrin, səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına xüsusi önəm verdiyini, o cümlədən gömrük orqanları ilə Azərbaycanda Amerika Ticarət Palatası arasındakı səmimi və işgüzar dialoqun, vaxtaşırı keçirilən görüşlərin bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, innovativ islahatlar ölkədə əlverişli biznes mühitinin yaradılmasına, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına, xüsusilə ixrac potensialının artmasına münbit şərait yaradıb. Artıq Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini özündə birləşdirən logistika mərkəzinə çevrilməkdədir ki, bu da, eyni zamanda, ölkənin tranzit potensialının sürətlə artımını təmin edən amillərdəndir.
Komitə sədri həyata keçirilən müvafiq tədbirlər çərçivəsində Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransının 2018-ci il mayın 2-4 tarixlərində Bakı şəhərində keçirilməsini ölkəmizin bu sahədə xüsusi mövqeyinin, eyni zamanda, beynəlxalq aləmin Azərbaycanla əlaqələrə önəm verməsinin bariz nümunəsi olduğunu vurğulayıb.
Səfər Mehdiyev onu da bildirib ki, gömrük işinin təşkili sahəsində reallaşdırılan innovativ islahatlar hesabına “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması beynəlxalq ticarətin sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, xidmət keyfiyyətinin yaxşılaşdırılmasına, gömrük sistemində şəffaflığın tam təmin olunmasına şərait yaradıb.
Gömrük işinin təşkili sahəsində informasiya texnologiyalarının tətbiqinin sürətlə genişləndirildiyini vurğulayan Komitə sədri nəticədə məmur-vətəndaş təmasının minimuma endirildiyini, istənilən xarici iqtisadi fəaliyyət iştirakçısının gömrük orqanına gəlmədən internetə çıxış imkanı olan hər hansı məkandan - ofisdən, evdən gömrüklə bağlı əməliyyatları yerinə yetirmək imkanına malik olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Elektron Hökumət Portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi xidmətlərin sayı artırılıb və 2018-ci ilin 8 ayı ərzində ümumilikdə elektron xidmətlərdən istifadə edənlərin sayı 2 milyon 50 mindən artıq olub.
Komitə sədri 2018-ci ildə Azərbaycana gələn turistlərin sayında ciddi artım olduğunu bildirib. Məhz gömrük xidmətinin informasiya texnologiyaları sahəsində həyata keçirdiyi yeniliklər hesabına, xüsusilə hava limanlarında turistlərin sərhədkeçmə və gömrük məsələlərinin yüksək səviyyədə həllini tapdığı, sıxlıqların və vaxt itkilərinin qeydə alınmadığı diqqətə çatdırılıb.
Ölkəmizin ixrac potensialının artması sahəsində informasiya texnologiyalarının payının az olduğunu bildirən Komitə sədri qeyd edib ki, görüşün əsas məqsədi də sahibkarların bu sahədəki problemlərini, təklif və rəylərini öyrənərək vəziyyətdən çıxış yollarını müzakirə etməkdir.
Səfər Mehdiyev gələn il Ümumdünya Gömrük Təşkilatının İKT sahəsində ən böyük tədbiri olan İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin Azərbaycanda keçirilməsinin ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərdən qaynaqlandığını bildirib və görüş iştirakçılarını bu mühüm tədbirdə fəal iştirak etməyə çağırıb.
Azərbaycanda Amerika Ticarət Palatasının direktorlar şurasının prezidenti Nuran Kərimov görüşün təşkilinə görə minnətdarlığını bildirərək, Azərbaycan Gömrük Xidmətinin rəhbərlik etdiyi qurumun ən önəmli tərəfdaşlarından biri olduğunu və bu əməkdaşlığı yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.
Palata rəhbəri Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin Azərbaycanda keçirilməsinin sevindirici hal olduğunu və Palata üzvlərinin bu konfransda fəal şəkildə iştirak edəcəyinə əminliyini ifadə edib.
Palatanın icraçı direktoru Natəvan Məmmədova isə gömrük sistemində aparılan islahatları diqqətlə izlədiyini, bu islahatların artıq müsbət nəticələr verdiyini bildirib. İcraçı direktor bu islahatlar fonunda gömrük xidmətinə qarşı irəli sürülən ittihamların həqiqətə uyğun olmadığını, subyektiv xarakter daşıdığını vurğulayıb.
Gömrük xidməti ilə Azərbaycanda Amerika Ticarət Palatası arasında işgüzar əlaqələrə görə təşəkkürünü bildirən Natəvan Məmmədova gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edib.
Daha sonra görüşdə iştirak edən biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Görüşün sonunda Ümumdünya Gömrük Təşkilatının Kommunikasiya, Tədbirlər və Texnoloji İnnovasiyalar İdarəsinin baş meneceri Lyudovik Tanay gələn il ÜGT tərəfindən Bakıda keçiriləcək İnformasiya Texnologiyaları Konfransı və Sərgisi ilə bağlı təqdimatla çıxış edib, görüş iştirakçılarına tədbirin məqsədi və əhəmiyyəti barədə məlumat verib.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info