IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına film qəbuluna başlanılıb
Tarix: 11.09.2018 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına filmlərin qəbuluna start verildi. “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir. Filmlər iki əsas – Beynəlxalq və Yerli müsabiqə proqramlarında, eyni zamanda ilk dəfə keçirilən “Cinemobil” adlı mobil filmlərin müsabiqəsində yarışacaqlar. Yerli müsabiqəyə yalnız Azərbaycan Respublikasının vətəndaşı olan gənclər film göndərə bilər. Beynəlxalq müsabiqədə isə əcnəbi müəlliflərlə yanaşı yerli rejissorlar da iştirak hüququna malikdirlər. Festivalın müsabiqə bölmələrinə 35 yaşa qədər olan rejissorlar bədii, sənədli, cizgi və eksperimental filmlərini 5 oktyabr tarixinə kimi təqdim edə bilərlər. Filmlər 2017- 2018-ci illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqədən çox olmamalıdır. Yerli müsabiqədən fərqli olaraq Beynəlxalq müsabiqəyə filmlər ingilis dilində subtitrlə və ya səsli tərcümə ilə göndərilməlidir. Onlayn rejimdə aparılacaq “Cinemobil” müsabiqəsinə yalnız mobil telefonla çəkilən filmlər qatılacaq. Bundan başqa, Festival kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədi ilə ilk dəfə Pitçinq elan edir. Festivalın əsas nominasiyalarından əlavə Yerli müsabiqədə “Ən yaxşı prodüser”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator” nominasiyaları da yer alır. Qeyd edək ki, bu ildən etibarən festivalın qaliblərinə “QIZIL NAR” mükafatı təqdim olunacaq. Mükafat uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək. Müsabiqələrin qaydaları və şərtləri ilə www.filmfestival.az saytında tanış ola bilərsiniz.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Deyişmələr poeziyada xüsusi əhəmiyyətə malikdir
16.11.2018
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək
16.11.2018
Görkəmli aktyor Həsən Turabovun xatirəsi anılıb
16.11.2018
Cenevrədə Azərbaycan kinosunun uğurları
16.11.2018
Rusiya və Ukraynanın aparıcı solistləri Bakıda çıxış edəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info