Yaponiyada Azərbaycan haqqında təqdimat keçirilib
Tarix: 11.09.2018 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Yaponiyanın Qunma prefekturasının mərkəzi olan Maebaşi şəhərində Azərbaycan haqqında növbəti təqdimat keçirilib. Bu barədə AZƏRTAC-ın Yaponiyadakı bürosuna məlumat verən həmyerlimiz, Qunma Universitetinin magistr tələbəsi Namiq Xəlil bildirib ki, cari ilin aprelində Yaponiyaya gələndən bu, onun təşkil etdiyi üçüncü təqdimatdır. O deyib ki, ölkəmiz haqqında təqdimatlarla çıxış etmək niyyəti barədə onun Maebaşi meriyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri xanım Miçi Yoşidaya müraciəti maraqla qarşılanıb. Bundan sonra o, M.Yoşidanın köməyi ilə Maebaşinin müxtəlif ictimai mərkəzlərində Azərbaycan haqqında təqdimatlarla çıxış edib. Həmin təqdimatlarda N.Xəlil Azərbaycanın coğrafi mövqeyi, tarixi, mədəniyyəti, müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlar, beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol barədə iştirakçılara ətraflı məlumat verib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə və Prezident İlham Əliyevin 2006-cı ildə Yaponiyaya səfərləri iki ölkə arasında əməkdaşlığın formalaşmasına və inkişafına böyük təsir göstərib. Tədbirdə Azərbaycanın turizm imkanlarına da toxunulub, son illər ölkəmizdə turizm infrastrukturunun inkişafı istiqamətində atılan addımlardan danışılıb. Bildirilib ki, Azərbaycanın zəngin mədəniyyəti, müasir turizm infrastrukturu, əcnəbi turistlər üçün viza rejiminin sadələşdirilməsi ölkəmizə turistlərin axınına güclü təsir göstərib. Təqdimatda Azərbaycanda biznes imkanları, əcnəbi iş adamları üçün yaradılan əlverişli mühit, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan addımlardan da danışılıb. Yaponiya ilə Azərbaycan arasında siyasi əlaqələrin də inkişaf etdiyini bildirən N.Xəlil Yaponiya xarici işlər naziri Taro Kononun cari ayın əvvəllərində Bakıya səfəri barədə də məlumat verib. Qeyd edib ki, iki ölkə arasında artan rəsmi səfərlər xalqlarımızın bir-birilərinə yaxınlaşmasına mühüm təsir göstərir. Görüş iştirakçılarının ölkəmizlə bağlı sualları cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info