Azərbaycanlı startap Koreya Respublikasının məşhur şirkəti ilə tərəfdaş olub
Tarix: 11.09.2018 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Azərbaycanlı startapı Koreya Respublikasının məşhur şirkəti ilə tərəfdaş olub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən "ITU Telecom World" beynəlxalq sərgi-konfransında nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yerli startaplar da təmsil olunur.
"Yüksəklik" adlanan virtual reallıq (VR) döyüş oyunu ilə tanınan "CustomAR" şirkətinin VR texnologiyaları sərgi-konfransın iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan Milli Pavilyonunda yer alan şirkət artıq özünə yeni tərəfdaşlar qazanıb. Belə ki, "CustomAR" şirkəti ilə Koreya Respublikasının "Frontis" şirkəti arasında VR texnologiyalarının inkişaf etdirilməsi, həmçinin Yaxın Şərq regionu üzrə layihələrin icrasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb. "CustomAR" tərəfindən memorandumu şirkətin rəhbəri Fərid Davudov, digər tərəfdən isə "Frontis" şirkətinin icraçı direktoru Çunq Hun-Seuk imzalayıb. Xatırladaq ki, düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilən oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi Lələtəpə yüksəkliyindən ilhamlanıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
16.01.2019
VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir
16.01.2019
Aİ və Dünya Bankı “Şərq Tərəfdaşlığı“ ölkələrinin infrastrukturunu inkişaf etdirəcəklər
15.01.2019
Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
15.01.2019
Struktur islahatları idarəetməni daha çevik edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info