Azərbaycan Dillər Universitetində seminar
Tarix: 11.09.2018 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda İkinci Dünya müharibəsinin 73-cü ildönümünə həsr olunmuş “XX əsr Çin tarixi” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov XX əsrin birinci yarısında Çində baş verən hərbi-siyasi hadisələrdən, Çin xalqının müstəqillik uğrunda mübarizəsindən danışıb, eyni zamanda, İkinci Dünya müharibəsi barədə məlumat verib. Bu müharibədə Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfələr verdiyi diqqətə çatdırılıb. R.Abbasov 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra müharibə veteranlarının hüquqlarının bərpa edildiyini, onlara xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb.
Seminarda Uzaq Şərqdə İkinci Dünya müharibəsi dövründə baş verən hərbi əməliyyatlarda iştirak edən qazilər həmin illərdə yaşanan hadisələrlə bağlı xatirələrini söyləyiblər. Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyevin “İkinci Dünya müharibəsində Asiya-Sakit okean regionunun hərbi-strateji əhəmiyyəti” mövzusunda elmi məruzəsi dinlənilib. İkinci Dünya müharibəsində Qafqaz və Asiya-Sakit okean regionlarında gedən siyasi-hərbi, siyasi-iqtisadi hadisələrdən bəhs edən N.Əliyev bu müharibədə faşizm üzərində böyük Qələbədə azərbaycanlı döyüşçülərin, Bakı neftinin müstəsna rolunu vurğulayıb.
N.Əliyev İkinci Dünya müharibəsinə həsr etdiyi kitablarını təqdim edib, bu nəşrlər barədə məlumat verib. ADU-nun müəllimləri Çin xalqının milli azadlıq mübarizəsinin əsas mərhələləri, Çin Kommunist Partiyasının fəaliyyəti və müharibənin son mərhələsində Çində hərbi-siyasi vəziyyət barədə danışıblar.
Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub.
Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Çjan Tsunqo iştirak edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“İlboyu bilik” proqramının növbəti ünvanı Gəncə olub
20.09.2018
BANM-in “Foundation” tələbələrindən maraqlı faktlar
20.09.2018
Cəfər Cəfərov: “Gənclərin müəllimlik peşəsini seçməsi bu sahəyə marağın göstəricisidir”
20.09.2018
İrəvan xanlığı ilə bağlı əsərlər erməni və fars dillərində çap olunub
20.09.2018
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info