Bakının bolşevik-daşnak işğalından azad olunması ilə əlaqədar sərgi açılıb
Tarix: 11.09.2018 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakının bolşevik-daşnak işğalından azad olunmasının və paytaxt elan edilməsinin 100 illiyi ilə bağlı sərgi açılıb. MEK-dən bildirilib ki, sərgidə kitabxananın fondlarında mühafizə edilən “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Nuru Paşa”, “Azərbaycan-Türkiyə münasibətləri”, “Qafqazın imdadına çatan türkün könül nəğmələri”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “1926-cı il I Bakı Türkoloji Qurultayı”, “Bakı qəhrəman şəhərdir”, “Bakı İslam mədəniyyətinin paytaxtıdır”, “Bakı - tarixin səhifələri”, “Bakının memarlıq ensiklopediyası”, “Bakı simfoniyası” və s. kitablar nümayiş olunur.
Sərgi sentyabrın 30-dək davam edəcək. Sərgilənən kitablar kitabxananın elektron kataloqunda qeyd olunaraq MEK-in Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırılan MRY bazasında yerləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
19.11.2018
Azərbaycanlı gənclər Tbilisidə keçirilən festivalda
18.11.2018
Vaşinqtonda Azərbaycan Mədəniyyət Günü keçirilib
16.11.2018
Deyişmələr poeziyada xüsusi əhəmiyyətə malikdir
16.11.2018
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info