Kənd təsərrüfatı üzrə 29 yeni dərslik və tədris materialları çap olunub
Tarix: 11.09.2018 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Bakıda BP şirkəti ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisasların yaradılması” layihəsinin nəticələrinə həsr edilən tədbir keçirilib. Tədbirdə Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin inkişafına dəstək məqsədilə hazırlanmış və çap olunmuş 29 yeni dərslik və tədris materialları təqdim edilib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, bu layihə ölkənin kənd təsərrüfatı üzrə peşə təhsilinin bazasını gücləndirmək və kənd təsərrüfatı sektorunun səmərəliliyini artırmaq istiqamətindəki səylərinə BP-nin və onun tərəfdaşlarının verdiyi töhfənin bir hissəsidir. Layihə “British Council” təşkilatı tərəfindən iki mərhələdə həyata keçirilib. Ümumilikdə təxminən doqquz min nüsxə yeni dərslik və tədris materialı çap olunub. Layihənin iki fazasının birlikdə ümumi dəyəri 463 min manatdır. Təhsil naziri Ceyhun Bayramov layihənin nəticələri barədə məlumat verib. Bildirilib ki, dərsliklər və tədris materialları yeni nəsil fermerlərin yetişməsi üçün çox faydalı olacaq, çünki yeni ixtisasların tədrisində istifadə ediləcək bu vəsaitlər yerli kənd təsərrüfatının vəziyyətini və mühitini yaxşı bilən yerli ekspertlər və mütəxəssislər tərəfindən yazılıb. Bu ixtisaslar üzrə təlimlərin yeni modul üsulu və metodologiyası ilə keçirilməsi, şübhəsiz ki, ölkənin kənd təsərrüfatı üzrə peşə təhsilinin təkmilləşdirilməsində önəmli nailiyyət olacaq. Layihə dörd kənd təsərrüfatı ixtisası - bitkiçilik, kənd təsərrüfatı texnikası, meyvəçilik və tərəvəzçilik mütəxəssisi üzrə yeni tədris metodologiyasının və müasir dərsliklərin hazırlanmasını əhatə edir. Layihə çərçivəsində Qəbələ, İsmayıllı, və Qaxdakı peşə məktəblərinin tələbələri, müəllimləri və təlimçiləri üçün ustad dərsləri təşkil olunub. Eyni zamanda bir qrup kənd təsərrüfatı mütəxəssisinə və peşə məktəbi müəlliminə yeni modul üsuluna əsaslanan metodologiya barədə dərslər keçilib. Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karol Krofts və digər çıxış edənlər layihənin icrası və nailiyyətləri barədə danışıblar. Qeyd olunub ki, Təhsil Nazirliyi ilə əməkdaşlıqda yerinə yetirilən bu layihə ölkədə kənd təsərrüfatı üzrə peşə təliminin keyfiyyətliliyinin artırılması məqsədi daşıyır. Layihə kənd yerlərindəki icmalar üçün yeni imkanlar açır.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20.04.2019
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20.04.2019
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
19.04.2019
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19.04.2019
Bakı Ali Neft Məktəbində Tələbələrin I Respublika Elmi Konfransları başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info