Ermənistan xüsusi xidmət orqanları başçılarının sensasion səs yazısı yayıldı
Tarix: 11.09.2018 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin sensasion səs yazısı yayılıb. Erməni KİV-ləri bildirir ki, səs yazısı Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasında Ermənistanın 2-ci prezidenti Robert Koçaryan və KTMT-nın baş katibi Yuri Xaçaturovun həbsi barədə danışıqlardan ibarətdir. Vanetsyan ona hakimlə söhbəti haqda danışır, bildirir ki, artıq Koçaryanın həbsi ilə bağlı təlimat verilib. Sonra Xaçaturova keçir. Deyir ki, KTMT-nın baş katibinə heç bir halda toxunmaq olmaz, çünki Rusiya ilə münasibətləri korlamaq təhlükəsi var. Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" sosial şəbəkəsində canlı yayımı zamanı Ermənistanın Xüsusi Istintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasında Ermənistanın 2-ci prezidenti Robert Koçaryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi barədə səs yazısını təsdiqləyib. Paşinyan bildirib ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı yanına çağıraraq mətbuat üçün açıqlama verməsinə dair göstəriş verib. "Biz bu izahlara hələ qayıdacağıq. İndi mən başqa şey demək istəyirəm. Bunu kim və niyə etdi? Hansı siyasi hədəflə?" - Paşinyan bildirib. Onun sözlərinə görə, həmin şəxslərin danışığı siyasi sabotaj məqsədi ilə dinlənilə bilərdi. "1 martda insanların qətlində günahkar olanların hamısı məhkəmə qarşısında cavab verəcək. Xalqdan oğurladıqlarının hamısını xalqa qaytaracaqlar - Robert Koçaryan, Serj Sarkisyan, Ovik Abramyan, Manvel Qriqoryan, Taron Markaryan, Qaqik Xaçatryan… Müxtəlif kalibrli məmurlar bunu hiss edirlər və bilirlər ki, bu vaxt gəlir. Və onlar buna mane olmaq üçün hər cür vasitəyə əl atırlar" - Paşinyan bildirib. Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan onunla Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan arasında telefon danışığının dinlənilməsi, səs yazısının internetdə yayılması ilə bağlı təcili mətbuat konfransı keçirib. Xaçaturyan telefon danışığının yayılmasını 2008-ci il 1 mart hadisələrinə dair istintaqa mane olmaq cəhdi adlandırıb. Deyib ki, şəxsin icazəsi olmadan onun barəsində məlumatların toplanması, yayılması cinayətdir. “Biz xalqa oğurlanmış milyardları qaytarmağa çalışırıq, qatilləri və onların sponsorlarını məsuliyyətə cəlb etmək istəyirik. Onlar nə edə bilər? Bu, bizi dayandırmağa yönəlmiş miskin cəhddir, amma inanın ki, biz dayanan deyilik və öz işimizi görəcəyik”- Sasun Xaçaturyan bildirib. Xüsusi İstintaq Komitəsinin rəhbəri təsdiq edib ki, baş nazir Paşinyanı KTMT baş katibi Yuri Xaçaturovun həbsi barədə məlumatlandırıb. “Baş nazir dəfələrlə deyib ki, hansısa şəxsin təsqirləndirilən qismində istintaqa cəlb edilməsinə siyasi əngəl ola bilməz. Bu planda bəli, mən cənab baş naziri Xaçaturovun və digərlərinin barəsində qətimkan tədbirinin seçilməsi barədə məlumatlandırmışam”-o deyib. Bununla belə səs yazısında Xaçaturovun həbsi barədə siyasi sifariş aydın eşidilir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info