Sumqayıtda “Kaspi” uşaq bağçası istifadəyə verilib
Tarix: 11.09.2018 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Sentyabrın 11-də Sumqayıtda “Kaspi” uşaq bağçası istifadəyə verilib. Şəhərin 6-cı mikrorayonunda fəaliyyətə başlayan bağçada 3-6 yaşlı uşaqlar üçün iki bölmə fəaliyyət göstərəcək. Yeni məktəbəqədər müəssisənin açılışında şəhər rəhbərliyi, təhsil işçiləri, valideynlər və sakinlər iştirak ediblər. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mərasimdə çıxış edərək valideynləri, təhsil işçilərini, şəhər sakinlərini uşaq bağçasının açılışı münasibətilə təbrik edib, bağçanın pedaqoji kollektivinə uğurlar arzulayıb. Zakir Fərəcov çıxışında vurğulayıb ki, şəhərin məktəbəqədər tərbiyə müəssisələrində mövcud olan problemlər əsasən aradan qaldırılıb, aparılan metodik işlərin vəziyyəti, uşaqların təlim-tərbiyəsi və ərzaq təminatı məsələsi ciddi nəzarətdə saxlanılır. Şəhərdə fəaliyyət göstərən bağçalarda istilik sistemi tam bərpa olunub və onlar isti su ilə təmin edilir. Bildirilib ki, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binalarının tikintisi davam etdirilir. Kompleksin tikintisi başa çatdıqdan sonra şəhərin uşaq bağçalarında 200-dən artıq qrup və 120 yardımçı otaq boşalacaq. Bu da 3000-dən çox uşağın bağçalara əlavə qəbul olunması və ya təqribən 15 yeni bağçanın tikintisi deməkdir. Sonra uşaq bağçasında yaradılan şəraitlə tanışlıq olub. Vurğulanıb ki, yeni istifadəyə verilmiş “Kaspi” uşaq bağçasında uşaqlara gündəlik Azərbaycan və rus dillərindən başqa ingilis dili, savad təlimi, ətraf aləmlə tanışlıq, nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişafı, məntiqi təfəkkürün inkişafı, rəsm, əmək, fiziki tərbiyə də tədris olunacaq. Bundan başqa, balacalar üçün rəqs, musiqi, şahmat, mental aritmetik məşğələləri də təşkil olunacaq ki, bu da uşaqların dünyagörüşünün artmasına və yaradıcılıq qabiliyyətlərinin inkişaf etməsinə birbaşa kömək edəcək.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər
16.11.2018
Sumqayıtda 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binası tikiləcək
16.11.2018
“Kür-Araz ovalığında təbii-dağıdıcı hadisələrin məskunlaşmaya təsiri”ndən bəhs edən kitab
16.11.2018
Tələbələrin elmi konfransı keçirilib
16.11.2018
Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuş kitab nəşr edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info