“Rusiya Ermənistanı Azərbaycana satdı”
Tarix: 28.06.2013 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


“Ermənistanın əsas strateji tərəfdaşı olan dövlət Azərbaycana müdafiə yox, hücum silahları sataraq, bu məsələdə balansı qorumur”

«Rusiya imzalanacaq razılaşmanın əleyhinə çıxa bilər. Başqalarının maraqlarına diqqət etmədən bu məsələni həll etmək lazımdır».
Bu fikirləri «Birinci İnformasiya»ya Ermənistan parlamentində təmsil olunan «Azad demokratlar» partiyasının lideri Xaçatur Kokobelyan bildirib. Avropa Birliyi ilə assosiativ əməkdaşlıqla bağlı müqavilə imzalanmasının vacib olduğunu dilə gətirən deputat Kokobelyan bildirib ki, «Azad demokratlar» Avropa ilə əməkdaşlığın tərəfdarıdır: «Ermənistanın bu istiqamətdəki fəaliyyəti imitasiya xarakteri daşımamalıdır. Rəsmi İrəvan bu sahə ilə ciddi şəkildə məşğul olmalı, müvafiq razılaşmanı imzalamalı və Avropa ailəsinin layiqli üzvünə çevrilməlidir. Avropa Birliyi ilə assosiativ əməkdaşlıqla bağlı müqavilə bizə iqtisadi, siyasi və təhlükəsizlik sahəsində üstünlüklər verəcək. Ermənistanın gələcəyi Mərkəzi Asiya ilə deyil, Avropa ilə məşğuldur. Bunun əksini düşünən insanlar real prosesləri dəyərləndirə bilməyənlərdir. Biz ümid edirik ki, Ermənistan hakimiyyəti özündə güc taparaq bütün təzyiqləri dəf edə biləcək. İstisna deyil ki, Ermənistanın strateji müttəfiqi olan Rusiya bu məsələnin əleyhinə çıxacaq. Amma rəsmi İrəvan başqa dövlətlərinin maraqlarına diqqət etmədən bu məsələni həll etməlidir. Bu gün mən çox məyusluq içindəyəm ki, Rusiya-Ermənistanın əsas strateji tərəfdaşı olan dövlət, bizi Azərbaycana satır, onlara müdafiə yox, hücum silahları verir. Çox təəssüf edirəm ki, Rusiya bu məsələdə balansı qorumur». Qeyd edək ki, «Azadlıq» radiosuna açıqlama verən Ermənistanın Avropa Birliyi yanında nümayəndə heyətinin rəhbəri Trayan Xristea bildirib ki, assosiativ əməkdaşlıqla bağlı müqavilənin bütün şərtləri razılaşdırılıb, qalır sadəcə bu ilin noyabrında Vilnüsdə keçiriləcək toplantıda müqaviləni imzalamaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info