Əfsanəvi İndoneziya batikaları
Tarix: 11.09.2018 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Cənub-Şərqi Asiyada yerləşən, dünyanın ən izdihamlı Müsəlman ölkəsi olan İndoneziya 7508 adadan ibarət olmaqla ən böyük arxipelaq dövləti olaraq da tanınır.
Ən qədim mədəniyyət ocaqlarından biri olan İndoneziyanın mağara təsvirləri, Avropada olduğu kimi, qədimdir. Belə ki, İndoneziyanın Sulavesi adasındakı bir mağaradan tapılan qaya rəsmlərində olan əl şablonları 40 min il bundan əvvələ aid edilir. İndoneziya adalarında bədii sənətkarlığın müxtəlif növləri-tuncdan tökmə sənəti (dini heykəlciklər), toxuculuq, bambukdan və hindqozu yarpağından hörmə (yelpik, həsir) və s. inkişaf etmiş, müxtəlif tipli xalq yaşayış tikililəri (koma, ağac və bambuk karkaslı evlər) yayılmışdır. Dekorativ-tətbiqi sənətin ən zərif növlərindən biri olan batika İndoneziya dilindən tərcümədə "isti mumla şəkil çəkmək" mənasını verir. İndoneziyada bu sənətin nə zaman yaranması bir müəmma olaraq qalsa da, 17-ci əsrdə bir sıra xarici ölkələrin İndoneziya ilə ticarət əlaqələri aparmasına dair faktlar var. İşlənmə texnologiyasına görə bir neçə növü olan bu zərif parçalar dünyanın bir çox yerlərində insanların zövqünü oxşayır. Hər naxış-bir poema, hər rəng sanki bir mahnıdır. Onlar bizə İndoneziyanın tropik meşələrindən, görünməmiş rənglərdən(güllər), qəhrəmanların ölməz igidliklərindən söz açırlar.
İndoneziyanın bir çox bölgəsinin özünəməxsus rəng və motivlərlə hazırlanmış batikaları vardır. Məsələn, Yavanın şimal sahillərində, canlı rənglər, əsasən, çiçək, quş və ya müxtəlif heyvan fiqurları təsvir edilir. Yavanın mərkəzi ərazilərində isə daha məhdud bir rəng çərçivəsi vardır və əsasən, motivlərdə geometrik naxışlar üstünlük təşkil edir. Yava naxışlarının təxminən 10 minə yaxın növü vardır.
Bütün dünyada "ənənəvi əl sənəti" olaraq qəbul edilən batikanın istehsal prosesi uzunmüddətli və olduqca zəhmət tələb edəndir. Başlanğıc üçün (ilk növbədə) parça hazırlamaq və emal etmək lazımdır ki, o elastik və hamar olsun. Əvvəlcə parçanın üzərinə isti mumla şəkil həkk olunur, daha sonra isə mum donunca parçanı boyamağa başlayırlar. Parçanın səthində qapanan yerlər orijinal rəngini qoruyarkən,açıqda qalan yerlər rəng alır və beləcə naxışlar meydana gəlir. 17 əsrdən başlayaraq naxışların çəkilməsində "çantinq" adlanan alətdən istifadə olunurdu. Parçanın üzərində xüsusi fırçalarla müxtəlif cür rəsm çəkirlər. Tez-tez isidib parçanın üzərinə qoyurlar ki, təsvirlər mükəmməl və gözəl alınsın. Bahalı və əl işləri üçün mum əllə, qalanları üçün isə preslə tətbiq olunur. Zəngin naxışlar yaratmaq üçün bu prosesdə müxtəlif növdə rənglər istifadə olunaraq təkrarlanır. Sintetik boyalardan istifadə edildiyi kimi, təbiətdə yetişən ağacların yarpaqlarından, qabıqlarından, budaqlarından və gövdəsindən, hətta ədviyyatlardan da boya əldə edilir. Batikanın naxışlarında təbiətin gözəl çiçəkləri, rəngli kəpənəklər, cənnət quşları stilizə edilərək motiv olaraq təsvir olunur. Xüsusi ventilasiya şəraitində bu nümunələr qurudulur. Bu proses-mumun çəkilməsi, şəklin əks olunması, rənglənməsi, qurudulması bir neçə dəfə təkrar olunur, ta ki, məhsul keyfiyyətli alınana qədər. Sonra yenidən yoxlanılır. Parçanın standart kəsimi uzunluğu 2 m, eni isə 1.20-1.30-dir. Keyfiyyəti isə onun materialından asılı olur. Belə ki, incə, yumşaq, gözəl rəsmlərlə bəzənmiş batikalar baha qiymətə satılır. Hər nə qədər əllə işlənmiş batik məhsullara önəm verilsə belə, bazarlarda fabrik məhsulları üstünlük təşkil edir.
İndoneziyada batikanın öyrədilməsində xüsusi emalatxanalar fəaliyyət göstərir. Surakarta şəhəri batik üzrə ən məşhur istehsal mərkəzlərindən biridir. İndoneziyalılar batik üsulu ilə bəzədilmiş parçalardan hazırlanan geyimlərə böyük bir maraq göstərirlər. Hər cümə günü ölkədə batik üsulu ilə işlənmiş geyimlər geyinilməsi artıq ənənə halını alıb. Ənənəvi bir batik geyimi olan selendang qadınların bir şeyi daşımaq üçün çiyin üzərindən keçirərək istifadə etdikləri şaldır. Əsasən, qadınlar bununla körpə uşaqlarını, ya da bazardan aldıqları ərzaqları daşıyırlar. Bu şal isti günlərdə başa sarılaraq örtük kimi də istifadə olunur.
Kişilər də başlarına iket kepala adı verilən sarıq formasında olan ənənəvi bir başlıq qoyurlar. Kvadrat şəklində olan bu batik parça başa sarılır. Bundan, əsasən, xüsusi günlərdə və mərasimlərdə istifadə olunur. Başqa bir populyar batik tipli geyim də sarong adı verilən, vücuda sarılaraq geyinilən düzbucaqlı bir parçadır. Bəzən bu parçanın iki ucu da bir-birinə tikilərək boru formasında olur. Bu, həm qadınlar, həm də kişilər tərəfindən geyinilir.
Turistlər İndoneziya bazarlarını gəzərkən batik naxışlı çantalar, ayaqqabılar, abajurlar və s. tapa bilərlər. Çeşiddə sərhəd tanımayan batika, həqiqətən də əfsanəvi bir sənətdir.
2009-cu ildə İndoneziya batikası UNESCO-nun Bəşəriyyətin Toxunulmaz Mədəni İrsi Siyahısına daxil olub.
Tahirə Nur
Sənətşünas




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Qazaxıstanda “Türk dünyasının mənəvi yenilənməsi“ beynəlxalq konfransı keçirilib
21.11.2018
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
21.11.2018
Moskvada “Yeddi gözəl” sərgisi açılıb
21.11.2018
Azərbaycanlı musiqiçi Nyu Yorkda “Carnegie Hall”un səhnəsində çıxış edib
20.11.2018
Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info