Gürcüstanın yeni prezidenti kim olacaq?
Tarix: 11.09.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Hakim “Gürcü arzusu” partiyasının seçkiyə namizədlə qatılmaması və Zurabişvilini dəstələyəcəklərini elan etməsindən sonra keçmiş xarici işlər naziri seçkinin əsas favoritinə çevrilib

Azərbaycanın qonşusu olan, bir çox iri enerji layihələrini birgə həyata keçirdiyimiz, SOCAR-ın ən çox sərmayə yatırdığı ölkələrdən biri və çoxlu sayda azərbaycanlının yaşadığı qonşu Gürcüstanda baş verən siyasi hadisələr Bakı üçün də önəm kəsb edir

Tbilisidə parlamentin binası önündə etiraz aksiyası keçirilib. Aksiyanı 2017-ci ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş yeniyetmə David Saralidzenin atası Zaza Saralidze başlayıb. Zaza Saralidze bildirib ki, aksiyaya öldürülən digər yeniyetmənin valideynləri ilə yanaşı, ötən ilin sonunda Pankisidə keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temerlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də qoşulub. O deyib: “Mən bu gündən etibarən aclıq aksiyasına başlayıram. Ədalət bərpa olunmayanadək burada qalacağam”. Xatırladaq ki, 2017-ci il dekabrın 1-də kütləvi dava zamanı Tbilisidə 51 saylı məktəbin şagirdləri David Saralidze və Levan Dadunaşvili qətlə yetirilib. Bu ilin may ayında məhkəmənin qəbul etdiyi qərar Gürcüstan ictimaiyyətinin kəskin etirazına səbəb olub. İyun ayında Z.Saralidzenin təşkilatçılığı ilə Tbilisidə parlament binası qarşısında davamlı olaraq bir neçə kütləvi aksiya keçirilib. Məktəblilərin qətli ilə bağlı parlament istintaq komissiyası yaradılıb. Z.Saralidze komissiyanın fəaliyyətindən narazı olduğunu bildirib. Bəzi ekspertlər aksiyaların yenidən bərpa edilməsinin səbəbsiz olmadığını düşünür. Gələn ay Gürcüstanda prezident seçkiləri keçiriləcək. Hazırda Gürcüstanda cərəyan edən siyasi proseslər də seçkilərlə bağlıdır. Azərbaycanın qonşusu olan, bir çox iri enerji layihələrini birgə həyata keçirdiyimiz, SOCAR-ın ən çox sərmayə yatırdığı ölkələrdən biri və çoxlu sayda azərbaycanlının yaşadığı qonşu Gürcüstanda baş verən siyasi hadisələr Bakı üçün də önəm kəsb edir. Oktyabrın 28-də keçiriləcək seçkidə Gürcüstanın yeni prezidenti kim olacaq? Ekspertlər hesab edirlər ki, bu şəxs böyük ehtimalla keçmiş xarici işlər naziri Salome Zurabişvili olacaq. Bu ehtimalı gücləndirən əsas amil hakim “Gürcü arzusu” partiyasının seçkiyə namizədlə qatılmaması və Zurabişvilini dəstələyəcəklərini elan etmələridir. Hakim partiyanın bu məsələ ilə bağlı keçirdiyi iclasda sədr Bidzina İvanişvili də iştirak edib. İclasın yekununda qərar qəbul edilib ki, partiya üzvləri seçkidə Zurabişviliyə səs versinlər. Bu qərardan sonra keçmiş xarici işlər naziri bir anda seçkinin əsas favoritinə çevrilib. Hazırda Gürcüstan Mərkəzi Seçki Komissiyasına 45 nəfərin namizədliyi təqdim edilib. Onlardan 26-sı təşəbbüs qruplarının, 20-si isə partiyaların namizədləridir. MSK, hələlik 6 nəfərin namizədliyini təsdiqləyib. Onlar arasında tanınanlar Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili, keçmiş xarici işlər naziri, “Vahid Milli Hərəkat”ın namizədi Qriqol Vaşadze, keçmiş spiker, “Avropalı Gürcüstan” partiyasından David Bakradzedir. Zurabişvili də daxil olmaqla qalan namizədlərin sənədlərinə MSK-da hələ baxılır. Hələlik onun namizədliyi qeydə alınmasa, bu prosesin uğurla başa çatacağına kimsə şübhə etmir. Arxasında böyük maliyyə gücü və siyasi dəstəyi olan Zurabişvili əsas namizəd sayılır. Amma ona qarşı bəzi narazılıqlar var. Əsas etirazlar Zurabişvilinin 2008-ci ildə baş verən savaşa verdiyi qiymətlə bağlıdır. Keçmiş nazir hesab edir ki, həmin vaxt baş vermiş müharibəyə qədər Saakaşvili və onun komandası ağılsız, avantürist siyasət həyata keçirib. Bu rəyinə görə gürcü müxalifəti onu Rusiya maraqlarından çıxış edən siyasətçi adlandırır. Hakim partiyanın Zurabişvilini dəstəkləyəcəyini elan etməsindən sonra parlamentin spikeri İrakli Kobaxidze bildirib ki, namizədin 2008-ci il hadisələri ilə bağlı mövqeyi hakim partiyanın mövqeyi ilə üst-üstə düşür. Spiker qeyd edib ki, həmin vaxt savaşı Rusiya başladıb, amma hakimiyyət hər şeyi edib ki, bu savaş olsun və onun qarşısını almaq, toqquşmadan yan keçmək üçün heç nə edilməyib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info