“Aa.com.tr”: “Bakının xilas edilməsində qardaşlıq ruhuna şahid oluruq”
Tarix: 11.09.2018 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Bu il ölkə başçısının tapşırığına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkədə geniş şəkildə qeyd edilir. Bu tarixə nəzər saldıqda görürük ki, 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün ağır vəziyyətdə olmasına rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın köməyinə gəldi. Müsəlman Şərqinin ilk müstəqil dövlətinin ərazi bütövlüyünü təmin etmək məqsədilə yaradılan Qafqaz İslam Ordusu 2500 km yol qət edərək mübarizəyə qoşuldu. Onlar məqsədlərinə nail oldular. Bakı bolşevik-erməni daşnaklarından azad edildi. Bu mübarizədə on minlərlə insan şəhidlik zirvəsinə yüksəldi. Onların min nəfərdən çoxu Türkiyə vətəndaşı idi. İndi həmin tarixdən 100 il ötür. Bu il artıq AXC-nin ildönümü ilə yanaşı, sentyabrın 15-i Qafqaz İslam Ordusunun 100-cü Qurtuluş ildönümü kimi qeyd ediləcək. Bu ildönümü ilə bağlı artıq ilin əvvəlindən Türkiyənin müxtəlif KİV-lərində çoxsaylı yazılar dərc edilib.

“Karar.com”da “Qafqaz İslam Ordusunun izində”, “Haberler.com” saytında “Qafqaz İslam Ordusunun 100-cü Qurtuluş ildönümü” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, Bakıda Azərbaycan Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü ilə bağlı “Türkdilli ölkələrdə təhsil və sosial elmlər” mövzusunda dördüncü beynəlxalq simpozium TURKCESS 2018 keçirilib. ADPU-da təşkil olunan simpoziumun ilk panel iclasında Bakını 1918-ci ildə erməni və bolşevik dəstələrinin işğalından xilas edən Qafqaz İslam Ordusundan bəhs edilib. Simpoziumda dr. Necdet Karaköse 1918-ci ildə Osmanlı dövləti və Qafqazdakı vəziyyət, Qafqaz İslam Ordusunun yaranma və fəaliyyəti ilə bağlı məlumat verib. Ənvər Paşanın qardaşı Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakının xilası üçün apardığı döyüşlərdə min nəfərdən artıq şəhid verdiyini xatırladan Karaköse Azərbaycanın müstəqilliyi üçün canlarını qurban vermiş mehmetciklərin azərbaycanlılar tərəfindən bu gün də xatırlandığını vurğulayıb. Simpozium çərçivəsində Azərbaycan Cümhuriyyəti və Qafqaz İslam Ordusuna həsr edilmiş fotosərgi nümayiş etdirilib.
“TRT AVAZ”da “Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü” başlıqlı yazıda qeyd edilir ki, Azərbaycanın paytaxtı Bakını erməni dəstələri və bolşevik birliklərindən xilas edən Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü ilə bağlı Türkiyə və Azərbaycanda eyni vaxtda bir sıra tədbirlər gerçəkləşdiriləcək. Qafqaz İslam Ordusunun yaranmasının ildönümü ilə əlaqədar iki ölkədə eyni vaxtda tədbirlərin təşkil olunması barədə qərar Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ötən ilin oktyabr ayında keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısında imzalanan birgə məlumatda öz əksini tapıb. Yazıda, həmçinin Qafqaz İslam Ordusunun Azərbaycana səfəri işıqlandırılıb. Qeyd edilir ki, hazırda Bakı, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala və Qubada Qafqaz islam Ordusu şəhidlərinin məzarları var.
“Aa.com.tr” saytında “Prezident R.T. Ərdoğan: “Azərbaycanla yeni layihələri həyata keçirəcəyik” başlıqlı yazıda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edən iki ölkə liderinin mətbuata açıqlaması öz əksini tapıb. Prezident R.T.Ərdoğan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı bütün xalqı təbrik edərək qeyd edib ki, müstəqilliyin elan edilməsi və Azərbaycan sərhədlərinin müəyyən edilməsində rolu olan Qafqaz İslam Ordusu da bundan 100 il öncə qurulmuşdu: “2018-ci il ərzində Qafqaz İslam Ordusunun qəhrəman şəhidlərini də hörmətlə anmaq üçün ölkələrimiz lazımi tədbirlər həyata keçirir. “İki dövlət, bir millət” şüarının adi bir ifadə olmadığı, bu ifadənin altında əziz şəhidlərimizin qanlarıyla atdıqları imza var. Çanaqqala Dastanında, Bakının xilas edilməsində bu qardaşlıq ruhuna şahid oluruq”.
“Star.com.tr”, “Mynet.com”, “Memleket.com.tr” saytlarında “40 könüllü gənc Qafqaz İslam Ordusunun izi ilə Bakıya getdi” başlıqlı yazı dərc edilib. Yazıda göstərilir ki, Beynəlxalq Gənclər Dərnəyi və Azərbaycan Gəncliyə Yardım Fondu Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunu izi ilə səfər təşkil edilib. Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının 100-cü ildönümündə təşkil olunan bu proqramda 40 könüllü İstanbuldan avtobusla Bakıya səfər edib. Gənc könüllülərin koordinatoru və layihə rəhbəri Alaaddin Serhan Yaman Qafqaz İslam Ordusunun Birinci Dünya müharibəsində Qafqaz türkləri və müsəlmanları üzərində qurulan erməni, rus və ingilis təsirini dağıtmaq çün çalışdığını bildirib. Azərbaycana yardım etmək məqsədilə yola çıxan ordunun xatirəsini yaşatmaq istədiklərini deyən Yaman belə bir tədbir təşkil etdiklərini bildirib: “Tarixini bilməyən bir cəmiyyətin gələcəyi inşa etməsini gözləmək olmaz. Bu layihə ilə bağlı Türkiyədən bakalavriat və magistraturanın tələbələrinin müraciətləri əsasında gəncləri topladıq. UGED sədr müavini Salih Yüzgenc isə bildirib ki, Qafqaz İslam Ordusu, xüsusilə Azərbaycanın mövcud olması baxımından böyük əhəmiyyət kəsb edir: “O dövrdə rus işğalına qarşı Nuru Paşanın rəhbərlik etdiyi ordu yola çıxıb. Bu səfərlə bağlı ümummilli lider Heydər Əliyev “Əgər Qafqaz İslam Ordusu olmasaydı, Azərbaycan da olmazdı” deyib. Bu söz əcdadlarımızın bu səfərlə qazandığı nailiyyəti göstərir. Təəssüf ki, öz tariximizi oxuyarkən Qafqaz İslam Ordusundan çox az bəhs edilir. Biz 40 könüllüyə öncə bunu aşıladıq və məlumat verdik”. Beləliklə, Gəncəyə səfər edən könüllülər ilk olaraq Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın Gəncə şəhərində qaldığı evi ziyarət ediblər. Həmin ev muzeyə çevrilib. Həmçinin o dövrdə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən və qazanılan zəfərdə böyük rolu olan Nağı Bəylə bağlı nəvələrinin xatirələrini dinləyiblər. Daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.
Bununla bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Sentyabrın 15-də Bakıda möhtəşəm hərbi parad keçiriləcək. Parad Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində, Bakının 1918-cı il sentyabrın 15-də bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi münasibətilə təşkil edilir. Parad iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq Bakının küçələrindən keçəcəklər. Onların geyimləri də Azərbaycan və Osmanlı ordusunun 100 il əvvələ aid hərbi geyimlərinə uyğunlaşdırılacaq.
Bundan başqa, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, sentyabrın 13-dən 16-dək Bakı şəhərində “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Beynəlxalq konfrans Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr olunub. Konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir. Xatırladaq ki, Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan rəsmi qəbulda Bakının azad olunması ilə əlaqədar deyib: “Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır”.
Beynəlxalq konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlərin 100-dək məruzəsinin dinlənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan və türk hərbi qüvvələri 1918-ci ildə daşnak-bolşevik qoşunlarına qarşı birgə savaşıblar. Azərbaycanın görkəmli hərb xadimi Əlağa Şıxlinski Qafqaz İslam Ordusunun tərkibinə daxil olan Azərbaycan qoşun hissələri və könüllü dəstələrinin döyüş fəaliyyətini təşkil etmək üçün dəfələrlə cəbhə xəttinə getmiş və Bakının azad olunması zamanı şəhər ətrafındakı qərargahdan Nuru Paşa ilə birlikdə döyüşlərin idarə olunmasında bilavasitə iştirak edib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info