Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu təsis olunur
Tarix: 28.06.2013 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 ölkənin gənc liderlərinin forumu keçirilir. Tədbir Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin (AAGİB) təşəbbüsü və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
Layihənin məqsədi bölgədə vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılması və QDİƏT ölkələrini əhatə edən gənclər arasında dialoqun qurulmasıdır. Forumda Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Rusiya və Serbiyadan gənc liderlər, gənclər təşkilatları sədrləri, həmin ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları, eyni zamanda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, millət vəkilləri Azay Quliyev, Musa Qasımlı, Asəf Hacıyev, Asim Mollazadə, Rasim Musabəyov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov, yerli gənclər təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak edirlər. Fərhad Hacıyev tədbirdə açılış nitqi ilə çıxış edərək Azərbaycanda dövlət gənclər siyasətindən, dövlətin gənclərə olan qayğısından bəhs edib. O, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının əhəmiyyətindən, proqram çərçivəsində Azərbaycan gəncliyi üçün yaradılmış real imkanlardan, əldə olunmuş bir çox uğurlardan danışıb. F. Hacıyev prezident İlham Əliyevin gənclərə olan xüsusi diqqətini və etimadını, 2 il ərzində gənclərlə 3 dəfə görüşərək onların fikirlərini dinlədiyini, məhz gənclərə dəstək göstərməyin dövlətin prioritet fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev deyib ki, 20 ildən artıqdır fəaliyyət göstərən QDİƏT yaranarkən hələ heç kim bu təşkilatın gələcəkdə nəyə qadir olacağını və nələr edə biləcəyini bilmirdi: “Çox sevindirici haldır ki, bu gün bu quruma daxil olan ölkələr çox aktiv şəkildə əməkdaşlıq edə bilirlər”. E. Paşayevin sözlərinə görə, bu gün əcnəbi gənclərlə azərbaycanlı gənclərin əlaqələri, əməkdaşlığı genişlənir: “Bu da təbii ki, ölkədə aparılan düzgün siyasətin, həmçinin vətəndaş cəmiyyətinin əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir”. Forumda çıxış edən Qara Dəniz QHT forumunun sədri, millət vəkili Azay Quliyev gənclərin təşəbbüsünü alqışlayaraq Azərbaycanın regionun aparıcı dövləti olduğunu və quruma sədrliyin Azərbaycanda olmasının bu nüfuzun göstəricisi olduğunu vurğulayıb. A.Quliyev bu ilin may ayında QDİƏT-in QHT Forumunun Ankarada keçirilən toplantısında təşkilatın gənclər birliyinin yaradılması və onun baş ofisinin Trabzonda yerləşməsi haqqında qərar verdiklərini deyib və bunun davamı olaraq Qara Dəniz QHT Forumunun bu ilin noyabr ayında Serbiyada keçiriləcək növbəti toplantısında qurumun gənclər qolunun rəsmən təsdiqlənəcəyini açıqlayıb. Daha sonra forum “Qara Dəniz regionu: Ərazi münaqişələri və onların regional təhlükəsizliyə təhdidi”, “Qara dəniz ölkələri ərazisində gənclərin beynəlxalq əməkdaşlıq perspektivi” panelləri ilə davam etdirilib. Forumun sonunda iştirakçılar tərəfindən Bakı Bəyannaməsi qəbul ediləcək. Sənəddə Bakıda bir araya gələn QDİƏT-ə üzv olan 11 ölkənin gənc liderlərinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təsis olunması və onun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı QHT Forumunun fəaliyyətini dəstəklədiyi bəyan ediləcək. Forum iyunun 28-də öz işinə yekun vuracaq.
İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq
17.11.2019
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16.11.2019
Həftəsonu ölkə ərazisində 16 dərəcə isti olacaq
16.11.2019
Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı
16.11.2019
İsmayıllıda keçirilən iməcilikdə 1000 ədəd ağac əkilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info