Tbilisidə etiraz aksiyası iştirakçıları və polis arasında qarşıdurma yaranıb
Tarix: 12.09.2018 | Saat: 01:12:00 | E-mail | Çapa göndər



Tbilisidə parlamentin binası qarşısında keçirilən etiraz aksiyasında iştirakçılar və polis arasında qarşıdurma yaranıb.
AZƏRTAC xəbər verir ki, aksiyanın təşkilatçısı Zaza Saralidze və digər iştirakçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlamağa və çadırlar qurmağa cəhd ediblər. Polis onların bu cəhdinin qarşısını alıb.
Qarşıdurmadan sonra Z.Saralidzenin halı pisləşib və hadisə yerinə təcili tibbi yardım çağırılıb. O, bütün çətinliklərə baxmayaraq aksiyanı davam etdirəcəyini bildirib.
Axşam saatlarında parlamentin qarşısına siyasi partiyaların da liderləri gəliblər.
Xatırladaq ki, 2017-ci il dekabrın 1-də kütləvi dava zamanı Tbilisidə 51 nömrəli məktəbin şagirdləri David Saralidze və Levan Dadunaşvili qətlə yetirilib. Bu ilin may ayında məhkəmənin qəbul etdiyi qərar Gürcüstan ictimaiyyətinin kəskin etirazına səbəb olub. İyun ayında Z.Saralidzenin təşkilatçılığı ilə Tbilisidə parlamentin binası qarşısında bir neçə dəfə kütləvi aksiya keçirilib.
Parlamentin məktəblilərin qətli ilə bağlı istintaq komissiyası yaradılıb. Z.Saralidze komissiyanın fəaliyyətindən narazı olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info