Təzyiqi aşağı salmağın sadə üsulu
Tarix: 12.09.2018 | Saat: 09:09:00 | E-mail | Çapa göndər


ABŞ-ın Çapel-Hilldəki Şimali Karolina Universitetinin alimləri müəyyən ediblər ki, 16 həftə müddətində həyat tərzinin dəyişdirilməsi yüksək qan təzyiqi ilə mübarizə üçün qəbul olunan preparatlara ehtiyacı azaldır.
Bu, infakt və insult riskinin azaldılmasına, ömrü uzatmağa yardım edə bilər.
Araşdırmalarda yaşları 40-80 olan, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən 129 kişi və qadın iştirak edib. Bütün könüllülərdə qan təzyiqi 130-160/80-90 millimetr civə sütunu təşkil edib. Ancaq testlər zamanı xəstələr dərman preparatları qəbul etməyiblər. Bununla yanaşı, iştirakçıların 50 faizinə antihipertensiv vasitələrin tətbiqi göstərişi verilib.
Yoxlanış zamanı iştirakçılar təsadüfən üç qrupa bölünüblər. Birinci qrup insanlar 16 həftə müddətinə həyat tərzini dəyişiblər, meyvə, tərəvəz və yağsız süd məhsulları ilə qidalanıblar. Bundan başqa, onlar artıq çəkidən azad olmaq üçün proqrama yazılıblar. İkinci qrup iştirakçıları yalnız sağlam dietaya üstünlük veriblər, üçüncü qrup isə həyat tərzini dəyişməyiblər.
Məlum olub ki, eksperimentin sonunda birinci qrupda daxil olan insanlarda çəki azalıb, qan təzyiqi isə 16 millimetr civə sütunu enib. İkinci qrupda təzyiq 11, üçüncü qrupda isə 3 millimetr civə sütunu aşağı düşüb. Bununla yanaşı, birinci qrupdakı iştirakçıların 15 faizi, ikinci qrupdakıların 23 faizi dərman preparatlarına ehtiyac duyub, üçüncü qrupda isə bu göstərici dəyişməz qalıb.

Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Ürək üçün ən təhlükəli məhsul hansıdır?
13.11.2018
Səhiyyə Nazirliyi: Azərbaycanda qripə qarşı pulsuz peyvəndin edilməsi məqsədəuyğun sayılmır
13.11.2018
Yatağın altına sabun qoyun
10.11.2018
Səhiyyə Nazirliyindən hemofiliyalı xəstələrin dərmanla təminatında yaranmış problemlə əlaqədar açıqlama
06.11.2018
Xərçəngi kökündən məhv edən inanılmaz müalicə üsulu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info