İtaliya BMT üçün ayrılan maliyyənin miqdarını azalda bilər
Tarix: 12.09.2018 | Saat: 09:53:00 | E-mail | Çapa göndər



İtaliyanın Baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini ölkəsinin BMT-yə ayırdığı maliyyənin miqdarını azaltmağı müzakirə edəcəyini bildirib.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, Matteo Salvini bu fikri BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçeletin İtaliyaya miqrantlarla bağlı monitorinq qrupunu göndərəcəyi barədə bəyanatından sonra deyib.

“Hər il BMT-nin hesabına 100 milyon avrodan çox pul ödəyən İtaliya hökuməti bu vəsaitlərdən nə dərəcədə məqsədəuyğun istifadə edildiyinin yoxlanılmasını zəruri hesab edir. BMT nədənsə bir sıra ölkələrdə tətbiq edilən ölüm cəzası, işgəncə və qeyri-humanist davranışlar kimi ciddi problemlərə nəzər yetirmir. O, monitorinq komissiyasını həmin ölkələrə göndərməlidir. İrqçiliyi İtaliyada yox, başqa yerdə axtarın”, – deyə daxili işlər naziri Matteo Salvini bildirib.
“İtaliyada Afrika mənşəli miqrantlara və qaraçılara təzyiqlər, irqçilik və zorakılığın artması barədə məlumatları dəyərləndirmək üçün oraya monitorinq qrupu göndərmək niyyətindəyik”,- deyən Mişel Baçelet Avstriyada da eyni məqsədlə monitorinq aparılacağını söyləyib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info