Tərtərli pambıqçılar bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar
Tarix: 12.09.2018 | Saat: 10:55:00 | E-mail | Çapa göndər


Tərtərdə pambıq yığımına başlanılıb

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan tərtərli pambıqçılar bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il rayon ərazisində 3300 hektarda pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər - kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.
Rayonda pambıq əl əməyindən istifadə edilməklə yığılmağa başlanıb. İlk olaraq rayonun Qaraağacı kəndi ərazisində yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialına təhvil verilib.
“MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev tarlalarda məhsulun ötən ildəkindən də çox olduğunu bildirib: “Bu il 649 fermerlə 1667 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. Tarlaların vəziyyəti qənaətbəxşdir. Barlı kollar yetişib. Ötən il hər hektardan orta hesabla 28,9 sentner məhsul götürmüşdük. Bu il isə məhsuldarlığın 31 sentnerdən çox olacağını gözləyirik. 8 ədəd pambıqyığan kombayn, 16 ədəd traktor, 40 ədəd qoşqu, 3 ədəd yükləyici hazır vəziyyətə gətirilib. Sentyabrın 9-dan tarlalarda defolyasiya işlərinə başlanılıb. Hazırda fermerlər məhsul yığımını əl əməyi vasitəsilə həyata keçirirlər. Ayın 20-dən sonra pambıqyığan kombaynlar da sahələrə çıxarılacaq".
Pambıq qəbulu məntəqəsinə ilk məhsulu təhvil verən Qaraağacı kənd sakini Sabir Qədirov ötən il olduğu kimi bu il də yüksək məhsuldarlığa nail olduğunu bildirib: "Keçən il hər hektardan orta hesabla 45 sentner məhsul vermişdim. Bu il də 1,3 hektarda pambıq becərib, düzgün aqrotexniki xidmət sayəsində bol məhsul yetişdirmişik. Birinci üz yığımından 3470 kiloqram pambıq yığıb məntəqəyə təhvil verdik. Pambıq yığımı mövsümünün sonunadək hər hektarın məhsuldarlığının 50 sentnerə çatacağını gözləyirik. İnanıram ki, tarlalardan 130 tondan artıq pambıq götürəcəyik”.
Qeyd edək ki, 2017-ci ildə 3123 hektarda pambıq becərən Tərtər pambıqçıları tarlalardan 8419 ton məhsul tədarük ediblər. Bu, orta məhsuldarlığa görə ötən il respublika üzrə ən yüksək göstərici olub.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info