“ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Tarix: 12.09.2018 | Saat: 12:54:00 | E-mail | Çapa göndər


ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam R.Qil BAMF-ın ofisinə səfər edib


Bu gün ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam R.Qil və mətbuat katibi Natan Cons Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin dəvəti ilə təşkilatın baş ofisində olub. BAMF-ın prezidenti təşkilata səfər etdikləri üçün qonaqlara təşəkkür edib. Umud Mirzəyev səfərin 11 sentyabr tarixində baş tutmasının simvolik önəminə toxunub: “Terrorun, deportasiyanın, işğalın nəticələrini yaşamış biri kimi 11 sentyabr, 2011-ci ildə Amerikada baş vermiş terror hadisəsini təəssüf hissi ilə xatırlayırıq və bu dəhşətli terrorda həlak olanları üzüntü ilə yad edirik.” Səfir Uilyam R.Qil: “Bu gün amerikalılar üçün önəmli gündür. Həm də amerikalılar üçün dostlarını xatırlayan bir gündür. Həmin gün Azərbaycan Amerikaya ilk başsağlığı verən ölkələrdən olmuşdur. Amerika bunu xatırlayır”.
U. Mirzəyev uzun illərdir ki, Azərbaycanın müharibədən zərər çəkdiyini, ərazilərinin işğal olunduğunu və bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurd yuvalarına geri dönməsinin vacibliyindən danışıb. O, BAMF-ın Azərbaycanın müharibədən zərərçəkmiş ərazilərində Amerika Dövlət Departamentinin dəstəyi ilə müxtəlif sosial humanitar layihələr icra etdiyini bildirib. “İnsanların yaxınlaşması elə ölkələrin, xalqların yaxınlaşmasına bir zəmindir. Bizim Amerika hökumətinin dəstəyi ilə həyata keçirdiyimiz layihələr, gördüyümüz işlər insanları bir-birinə yaxınlaşdırmaqla, müxtəlif sahələrdə bilikləri artırmaqla ölkəmizdə sülhə, barışa, inkişafa xidmət edir.” deyə Umud Mirzəyev bildirib. O, BAMF, Amerika səfirliyi və icra hakimiyyəti strukturlarının birgə əməkdaşlığı sayəsində müharibədən zərərçəkmiş ərazilərdə məskunlaşmış məcburi köçkünlərin peşə təhsili imkanlarının artırılması, təsərrfat sahələrinin inkişaf etdirilməsi, müharibə nəticəsində dağılmış infrastrukturun bərpası istiqamətində xeyli işlərin görüldüyünü bildirib. BAMF-ın Tərtər Peşə Təhsili Mərkəzinin imkanlarından söz açan Umud Mirzəyev gələcək əməkdaşlıq perspektivləri baxımından, eləcə də yerli vətəndaş cəmiyyəti qurumlarına dəstək baxımından bu infrastrukturun əhəmiyyətini qeyd edib.
ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam R.Qil Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanda iqtisadiyyatın diversifikasiyası, eləcə də icmaların inkişafı, gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq imkanlarından və prioritetlərdən danışıb. “Amerika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və biz ölkə olaraq Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində yaxından iştirak edirik. Anlayırıq ki, münaqişənin uzunmüddət həll olunmamış qalması azərbaycan xalqını pərişan edir, çox məyus edir. Ümidvarıq ki, Ermənistanda hakimiyyət dəyişikliyi və Minsk Qrupunun öz səylərini yeniləməsi nizamlama istiqamətində irəliləyişlərə gətirib çıxaracaqdır. Bunun müəyyən əlamətləri müşahidə olunmaqdadır ki, bu da bizi sevindirir.” “Amerika Hökuməti həmçinin Azərbaycanın öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox məcburi köçkününün acı taleyindən narahatdır. Münaqişənin həllində insan faktorunu unutmaq olmaz. O baxımdan ABŞ ötən illər ərzində bu həssas təbəqənin problemlərinin həlli üçün 120 milyon dollar vəsait xərcləyib.”
BAMF-ın vitse prezidenti Ramil Əzizov BAMF-ın sülhməramlı aksiyalar, sosial-humanitar proqramlarının regiondakı əhəmiyyətinə toxunub, bu istiqamətdə əməkdaşlıq perspektivlərindən və ABŞ səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin nəticələrindən söz açıb. Sonda ABŞ-ın müvəqqəti işlər vəkili Uilyam R.Qil və mətbuat katibi Natan Cons BAMF-ın gördüyü işlərlə, həyata keçirdiyi fəaliyyətlərlə tanış olub, BAMF-la əməkdaşlıqdan məmnun olduğunu, təşkilatın gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info