Şərur rayonunda daha üç məktəb yeni binada fəaliyyət göstərəcək
Tarix: 12.09.2018 | Saat: 13:06:00 | E-mail | Çapa göndər


Yeni təhsil ocaqları üçün binaların tikilməsi, mövcud məktəb binalarının yenidən qurulması istiqamətində görülən tədbirlər muxtar respublikanın Şərur rayonunda da davam etdirilir. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun Kərimbəyli, İbadulla və Kosacan kəndlərindəki tam orta məktəblər yeni binalarda fəaliyyət göstərəcək. Kərimbəyli kəndində yenidən qurulan, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 270 şagird yerlik məktəb binasının qarşıdan gələn dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub. Rayonun İbadulla kəndində 522 şagird yerlik məktəb binasının da inşası sürətlə aparılır. Kosacan kəndində isə 234 şagird yerlik məktəb binası Şərurun yeni məktəbləri siyahısında yer alacaq. Bu məktəb binalarının tikintisini Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin və “Artay” LTD Tikinti Şirkətinin Naxçıvan filialının inşaatçıları aparırlar.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir
18.03.2019
Avtomobildən telefon oğurlayan şəxs saxlanılıb
18.03.2019
Masallı “ASAN Həyat” kompleksində möhtəşəm Bahar festivalı
18.03.2019
900 mindən çox pirotexniki vasitə aşkarlanıb
18.03.2019
Novruz bayramı ərəfəsində növbəti yarmarka təşkil olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info