Bakıda növbəti beynəlxalq və ən geniş ekoloji aksiya keçiriləcək
Tarix: 12.09.2018 | Saat: 13:42:00 | E-mail | Çapa göndər


Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 15-də Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirəcək.
Artıq 23 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.
Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 8 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Tədbirin təşkilatçıları ənənəvi olaraq “Coca-Cola”, "Bakcell", “PAŞA Bank” şirkətləri və “ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü çıxış edirlər, aksiyanın partnyorları sırasında isə “ASAN Radio”, “Xəzər TV”, “AzEkol”, AFFA, “Alliance Asisst Group”, “Toyota” Bakı Mərkəzi, “Entreé” kafelər şəbəkəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.
Aksiya 15 sentyabr tarixində #Xəzəriqoruyaq şüarı altında Bilgəh çimərliyində keçiriləcək. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunacaqlar.
Qeyd edək ki, Azərbaycanda son 8 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 35 hektara yaxın ərazisi təxminən 25 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.
Tədbirin təşkilatçıları hər kəsi aksiyaya qoşulmağa və Xəzəryanı sahil ərazisinin təmizlənməsinə öz töhfələrini verməyə dəvət edir. Aksiyada iştirak etmək istəyənlər (012) 436-90-67/436-85-09 telefon nömrələrinə zəng edib, info@redcom.az ünvanına iştirakla bağlı məktub göndərə bilərlər.






 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Gədəbəyin 8 yaşayış məntəqəsinə təbii qaz verilib
18.12.2018
72 nəfər Naxçıvana müalicə müəssisələrinə göndərilib
18.12.2018
423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edildi
18.12.2018
30-dan çox müəssisə 270 vakant iş yeri təklif edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info