SOCAR istiqrazları yenidən bahalaşıb
Tarix: 12.09.2018 | Saat: 13:46:00 | E-mail | Çapa göndər


SOCAR istiqrazları yenidən bahalaşıb. İstiqrazların marketmeykeri “PSG Kapital” investisiya şirkətindən bildirilib ki, ölkənin ən çox alınıb-satılan qiymətli kağızı SOCAR istiqrazları yenidən bahalaşıb. Hazırda istiqrazın birjada alış qiyməti 1022 dollar, satış qiyməti isə 1008,50 dollardır. Bahalaşmanın əsas səbəbləri bazarda istiqraza tələbatın artması və növbəti faiz ödənişinin yaxınlaşması olub. Beləliklə, SOCAR istiqrazlarına investisiya edənlərin sayı artdıqca qiymət göstəricisi də dəyişir. SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması kimi üstünlüklər SOCAR istiqrazlarına marağın artmasını təmin edir. Alğı-satqısı davam edən istiqrazların təkrar bazarda əməliyyat həcmi 160 milyon dolları ötüb. Bu qiymətli kağız yeni məhsul olmağına baxmayaraq, qısa müddət ərzində korporativ istiqraz bazarında alğı-satqı üzrə ən yüksək mövqedə qərarlaşıb. 2016-cı ilin sentyabrında buraxılan SOCAR istiqrazlarının həmin il korporativ istiqraz bazarındakı payı 53 faiz, ötən il 82 faiz təşkil edib, bu ildən əvvəlindən bu günədək isə həmin göstərici 91 faizdir. Qeyd edək ki, ötən ilin noyabr ayından SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatları SOCAR istiqrazlarının sahiblərinə Bakı Fond Birjasında (BFB) istiqrazlarını girov qoyaraq, qısamüddətli və sərfəli şərtlərlə kredit götürmək imkanı qazandırır. İndiyədək REPO əməliyyatlarının həcmi 28 milyon dollar təşkil edib. Bununla yanaşı, SOCAR istiqrazları sahibləri öz istiqrazlarını razılıq əldə olunan banklarda girov qoymaqla 24 ay müddətinə 1 milyon manatadək və illik 15-16 faizlə güzəştli kreditlər də əldə edə bilər. İnvestorlar kredit götürdükləri zaman istiqrazlardan gələn dollarda illik gəlirlərini də itirmirlər və realda kredit faizi 9-10 faizə qədər enir. SOCAR istiqrazlarının dövriyyə müddəti 5 il, illik gəliri 5 faiz, faiz ödənişi isə hər 3 aydan birdir. Növbəti və cari ilin son faiz ödənişi oktyabrın 17-də həyata keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info