ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
Tarix: 12.09.2018 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2018-2019-cu tədris ilində 670 bal toplayaraq ADPU-nun Quba Filialının “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunmuş Nübar Rəhimova və 627 bal toplayaraq Şəki Filialının “Xarici dil müəllimliyi-ingilis dili” ixtisasına qəbul olunmuş Ayşən İmamverdiyeva və onların valideynləri ilə görüşüb. Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov da iştirak edib.
Rektor Cəfər Cəfərov gəncləri təbrik edərək onlara təhsildə və həyatda yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, müəllimlik şərəfli, müqəddəs və eyni zamanda məsuliyyətli peşədir. Müəllimlik cəmiyyətin mənəvi inkişafına, mədəni təkamülünə xidmət edən peşədir. Son illər müəllim peşəsinə maraq artıb. Ölkə rəhbərliyi pedaqoji kadr hazırlığına və müəllimlərin cəmiyyətdə ictimai nüfuzunun yüksəldilməsinə xüsusi diqqət yetirir. Təqdirəlayiq haldır ki, bu il 500-dən yüksək bal toplayaraq ADPU-ya qəbul olunmuş tələbələrin sayında sürətli inkişaf dinamikası müşahidə olunur. Bu inkişaf dinamikasını əvvəlki illərlə müqayisə etdikdə aydın şəkildə görə bilərik. Belə ki, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunmuş tələbələrdən cəmi 20 nəfəri 500-dən çox bal topladığı halda, 2017-2018-ci tədris ilində 273 nəfər 500-dən çox bal toplayıb. Bu il isə filiallarla birlikdə 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunmuş tələbələrin sayı 566 nəfərə çatıb. Builki tədris ilində filiallarla birlikdə 15 nəfər gənc 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.
Səmimi və mehriban şəraitdə keçən görüşdə Nübar Rəhimova və Ayşən İmamverdiyeva göstərilən diqqətə görə ADPU-nun rəhbərliyinə təşəkkür edərək ölkəmiz üçün yüksək səviyyəli mütəxəssis və əsl vətəndaş kimi yetişmək üçün əzmlə çalışacaqlarını bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aqrar Universitetə yüksək balla qəbul olunan 82 tələbəyə əlavə təqaüd veriləcək
19.09.2018
Yuxarı Tahircal kənd məktəbi əsaslı təmir olunaraq istifadəyə verilib
19.09.2018
Aida İmanquliyevanın xatirəsi ürəklərdə əbədi yaşayır
19.09.2018
Məktəb direktorlarına tapşırıqlar verilib
19.09.2018
Naxçıvanda 45 müəllim işlə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info