Müsabiqədən uğurla keçən 100-ə yaxın müəllim Quba məktəblərində fəaliyyətə başlayıb
Tarix: 12.09.2018 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçən 100-ə yaxın müəllim Quba rayonunun məktəblərinə təyinat alıb. Otuza yaxın müəllim isə yerdəyişmə əsasında rayonun təhsil ocaqlarında çalışacaq. Müddətli müqavilə ilə işə götürülən pedaqoqların sayı isə 30 nəfərdir. Quba Rayon Təhsil Şöbəsindən AZƏRTAC-a bildirilib ki, yeni dərs ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinə 200-ə yaxın vakant yer təqdim edilib. Müsabiqənin ilkin mərhələsində rayon üzrə pedaqoqlara olan tələbatın 80 faizi ödənib. Rayonda daha çox kimya, biologiya, riyaziyyat və fizika müəllimlərinə ehtiyac var. Çatışmazlığın tam təmin olunmamasının əsas səbəbi isə rayon ərazisinin əsasən dağlıq olması, kəndlərin mərkəzdən uzaqda yerləşməsidir. Rayon məktəblərində fəaliyyətə başlayan yeni müəllimlər arasında gənclər üstünlük təşkil edir. Hazırda Quba rayonunun təhsil ocaqlarında 3 mindən artıq pedaqoq şagirdlərə elmin sirlərini öyrədir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
25.09.2018
Lökbatanda salınmış abad məhəllədə əhali ilə görüş
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info