Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis konfransı keçirilib
Tarix: 12.09.2018 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis konfransı və ilk məclisi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) bildirilib ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirak edib. Konfrans dövlət himninin səsləndirilməsi ilə başlanıb. Konfransı AHİK-nın sədri Səttar Möhbalıyev açıq elan edib və reqlamentə uyğun olaraq konfransın gündəliyi təsdiq edilərək rəyasət heyəti, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və üzvləri seçilib. Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb. İştirakçılar Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin təsis olunması, nizamnaməsinin qəbul edilməsi, Gömrük İşçiləri Həmkarlar İttifaqları Birliyinin AHİK üzvlüyünə daxil olması məsələlərini müzakirə edərək yekdilliklə qəbul edib. Daha sonra təşkilati məsələlər müzakirə olunub və İbrahimov Səfər Qafar oğlunun namizədliyi irəli sürülüb. Açıq səsvermə nəticəsində Səfər İbrahimov Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri vəzifəsinə seçilib. S.İbrahimov ona göstərilən etimadı doğruldacağına və ittifaq üzvlərinin sosial, məişət və iqtisadi problemlərinin həllində yaxından iştirak edəcəyinə söz verib. Gömrük Komitəsinin sədri S.Mehdiyev gömrük xidmətinin, gömrük işçilərinin daim Prezidentin diqqəti və qayğısı ilə əhatə olunduğunu, onların iş şəraitinin yaxşılaşdırılması, sosial-məişət problemlərinin həlli istiqamətində mühüm addımların atıldığını bildirib. O, Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin yaradılmasını da bu istiqamətdə atılan mühüm və mütərəqqi addımlardan biri kimi qiymətləndirib və gömrük işçilərinin sosial məsələlərinin həllində birliyin mühüm rol oynayacağına əminliyini ifadə edib. Sonda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis edilməsini mühüm hadisə kimi qiymətləndirib və təşkilatın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün AHİK tərəfindən daim dəstək göstəriləcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info